Məhkəmə qərarları › İş №3(042)-136/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-136/2020

08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-136/2020 08.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmədzadə Xəyal Natiq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkənmüəyyən olunmuşdur ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-1428/2017 saylı icra sənədinə əsasən, xx.xx.1959-cu ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan borclu Şəxs və xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonunun Dəyirmandağ kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan borclu X1 müştərək qaydada kreditor “xxxxxxxxxxxx” ASC-nin xeyrinə 7616.88 ABŞ dolları əsas, 3690.69 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11307.57 ABŞ dolları borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə və 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2017-ci ildə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş,könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsinə baxmayaraq ondan sonra 2 ildən çox müddətdə borcluya icra sənədinin icra edilməsi barədə heç bir rəsmi xəbərdarlıq göndərilməmiş, borclunun icra sənədini icra etməsi üçün heç bir məcburi icra tədbiri tətbiq edilməmiş, bununla bağlı iş materiallarına sübut əlavə edilməmişdir. Yalnız xx.xx.2020-ci il tarixdə tələbkarın müraciəti əsasında borcluya xəbərdarlıq məktubu göndərilmişdir. Eləcə də inzibati xəta haqqında materialdan görünür ki, borclunun borcun yönəldilə biləcəyi əmlakı vəziyyəti yoxlanılmamış, borclunun icra və Probasiya şöbəsinə dəvət olunması ilə bağlı heç bir məktub göndərilməmiş, xx.xx.2020-ci il tarixdə məhkəmə qərarı olmadan icra və proibasiya şöbəsi tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İcra sənədi verildiyi tarixdən indiyədək borcludan yalnız bir dəfə - xx.xx.2020-ci il tarixdə izahat alınmış, vaxt verilmədən həmin gündə də inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş materialları natamam hesab edir və eləcə də qeyd edir ki, icra sənədinin borclu tərəfindən icra edilməsi üçün icra məmuru tərəfindən bütün zəruri tədbirləri həyata keçirməməsi borclunun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmasının müəyyən edilməsində əsaslı şübhələr yaranmasına səbəb ola bilər. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar