Məhkəmə qərarları › İş №3(042)-137/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-137/2020

13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-137/2020 13.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi x4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Mübariz oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Mübariz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(042)-402/2018 saylı icra sənədinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin 12.08.2010-cu il tarixli 2(041)-412/2010 saylı qətnaməsi ilə cavabdeh Şəxs Mübariz oğlundan 30 may 2006-cı ildə doğulmuş Kənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün x2 xeyrinə tutulan 50 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 140 manat məbləğində müəyyən edilməlidir. İcra sənədi 03.07.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəyəcəyinə söz vermiş, ona vaxt verilməsinə baxmayaraq borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu barəsində axtarış elan edilmiş və o, 13 iyul 2020-ci il tarixdə polis vasitəsilə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Mübariz oğlu izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(042)-402/2018 saylı icra sənədinə əsasən, ondan 30 may 2006-cı ildə doğulmuş Kənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat aliment tutularaq x3 verilməlidir. Maddi imkanı olmadığından alimenti ödəyə bilməmişdir. Bu günədək hissə-hissə ödənişlər etmişdir. Hazırkı tarixədək onun 3200 manat aliment borcu vardır. Yaxın vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu ərazisində avtomobil təmiri sexində rəngsaz kimi işə düzəlmiş, şəxsiyyət vəsiqəsi olmadığından onunla əmək müqaviləsi bağlanmamışdır. Ona vaxt verilərsə, hər ay aliment borcundan 200 manat olmaqla ödəyəcəyinə söz verir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs Mübariz oğlu barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(042)-402/2018 saylı icra sənədinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin 12.08.2010-cu il tarixli 2(041)-412/2010 saylı qətnaməsi ilə cavabdeh Şəxs Mübariz oğlundan 30 may 2006-cı ildə doğulmuş Kənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün x2 xeyrinə tutulan 50 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 140 manat məbləğində müəyyən edilməlidir. İcra sənədi 03.07.2019-cu il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu 2019-cu ilin oktyabr ayının 11-də icra və probasiya şöbəsinə dəvət edilmiş, onunla hüquqi söhbətlər aparılmış, verdiyi izahatında 300 manat ödədiyini, 30.10.2019-cu il tarixdə isə 200 manat ödəyəcəyini, sonrakı müddət ərzində 140 manat alimenti və əlavə olaraq yığılmış borcunu ödəyəcəyini bildirmişdir. Borclu alimentdən 300 manat ödəniş etmiş, lakin vəd etdiyi 200 manatı və sonradan yığılmış aliment borunu ödəməmiş, icra və probasiya şöbəsinə gəlməkdən yayınmışdır. Bununla əlaqədar borcluya əlavə xəbərdarlıqlar edilmiş, borclunun yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilməsi barədə Gədəbəy rayon Polis şöbəsinə müraciət olunmuşdur. Borclu polis orqanı tərəfindən tapılaraq Gədəbəy rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Borclu izahatı alınarkən müxtəlif bəhanələr gətirərək və məsuliyyətdən yaxa qurtarmaq üçün vədlər vermiş, lakin buna baxmayaraq onun inandırıcılığına şübhə olduğundan və məsuliyyətdən yaxa qurtarmaq üçün vədlər verdiyini nəzərə alaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Şahid x5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(042)-402/2018 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs Mübariz oğlundan 30 may 2006-cı ildə doğulmuş Kənan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat aliment tutularaq ona verilməlidir. Borclu hissə-hissə ödənişlər etsə də, alimenti tam şəkildə ödəməmiş və borcu yığılmışdır. Borclu dəfələrlə alimenti ödəyəcəyi barədə vədlər versə də, vədinə əməl etməmiş və alimenti ödəməkdən yayınmışdır. Onun maddi imkanı aşağıdır, uşağına baxmaqda çətinlik çəkir. Onu da bildirir ki, borclu işləyir və gəliri vardır. Aliment ödəmək imkanına malikdir. Odur ki, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Əliyev x1 rayon İcra və probasiya şöbəsinə daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(042)-402/2018 saylı icra sənədini üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs Mübariz oğlunun icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Məhkəmə hesab edir ki, Şəxs Mübariz oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs Mübariz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Mübariz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 13 iyul 2020-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar