Məhkəmə qərarları › İş №3(042)-139/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-139/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-139/2020 27.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi ilə, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X18 tərəfindən xx xxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar edilərək X4, X3, X5 və X9 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanması rədd edilmiş, X4 və X9 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimov xx xxxx 2020-ci il tarixli qərarı ilə X4 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 RPŞ-nin xx xxxx 2020-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, X6 rayon Polis şöbəsinə müraciət edərək guya onun tərəfindıən döyülməsini bildirmişdir. Əksinə o, döyülmüşdür. Buna baxmayaraq polis onu cərimələmişdir. Onun heç bir təqsiri yoxdur. Ailə vəziyyəti ağırdır, himayəsində üç azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir. Odur ki, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 və İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimov qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin onlar üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin və inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, X4, X3, X5 və X9 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanması rədd edilmiş, X4 və X9 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, MN № ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə münaqişə zəminində X11 döyməsi, bununla da İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inxibati xətanı törətdiyi, bu faktın Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq olunduğu müəyyən edilmişdir. Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimovun xx xxxx 2020-ci il tarixli qərarı ilə X4 İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İXM-in 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X18 tərəfindən xx xxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar edilərək X4, X3, X5 və X9 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanması rədd edilmiş, X4 və X9 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə X4 barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olumuş və həmin protokol əsasında Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimovun xx xxxx 2020-ci il tarixli qərarı ilə X4 İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. İşdə olan rədd materialından görünür ki, xx xxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında X17 və X7 aralarında yaranmış mübahisə zamanı qarşılıqlı dalaşaraq birbirilərinə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. X20 Haqveridyeva və Güldanə haqverdiyeva tərəfindən döyülməsi barədə müraciəti isə təsdqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, Gədəbəy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 Türkan Telman qızının əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etməklə və X4 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətini Gədəbəy rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərməklə düzgün nəticəyə gəlmişdir. Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimov tərəfindən X7 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanunla müəyyən edilmiş müddətdə qəbul edilmişdir. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X4 şikayəti təmin edilməməli, Gədəbəy RPŞ-nin inzibati tənbehin verilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar