Məhkəmə qərarları › İş №3(042)-14/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-14/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-14/2023 17.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş X1 protokola baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. X1 Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzidə pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Barəsində X1 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, həqiqətən xx.xx.2023-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzidə pirotexniki vasitələrin satışı ilə məşğul olmuş, lakin həmin maddələrin satışının qadağan olmasını bilməmişdir. İşdə olan Götürmə Protokolundan görünür ki, Şəxs satdığı pirotexniki vasitələr götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzidə pirotexniki vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə inzibati xəta əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməli, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməli və o, 350 manat məbləğdə cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilsin və o, 350 manat məbləğdə cərimə edilsin Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar