Məhkəmə qərarları › İş №3(042)-140/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-140/2020

17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-140/2020 17.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, x1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonu, Göyəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Göyəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayonu, Göyəlli kəndində yaşayan Şəxs 17 iyul 2020-ci il tarixdə, saat 07:30 radələrində sərnişin daşıma fəaliyyəti ilə məşğul olub “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka bölməsinin rəisi, polis polkovnikleytenantı x7 tərəfindən Şəxs İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Göyəlli kəndində yaşayır. Özünün “Vito” markalı maşını vardır. 17 iyul 2020-ci il tarixdə, saat 07:30 radələrində sərnişin daşımaq üçün rayonun Qızıltorpaq kəndində maşını saxlamış, həmin vaxt qoruyucu tibbi maskası olmadığı üçün polis əməkdaşı ona yaxınlaşmışdır. Onun maşınında sərnişinlər də olmuşdur. Sərnişinlərin tibbi maskası olmamışdır. Bununla da karantin rejimi qaydalarını pozmuşdur. Əməlindən səmimi peşmandır, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Şahid x4 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin Yeni Saratovka bölməsində sahə rəisi vəzifəsində işləyir, polis kapitanıdır. Bölmənin əməkdaşları olan polis nəfərləri x2 və x3 17 iyul 2020-ci il tarixdə, saat 07:30 radələrində Gədəbəy rayonu, Qaraməmmədli kəndinin mərkəzində xidmət apararkən “Vito” markalı avtomobilin Qaraməmmədli kəndinin mərəzindən keçdiyini və həmin avtomobilin sürücüsü Şəxs sərnişinləri tibbi maskası olmadan daşımaqla xüsusi karantin rejimini qaydalarını pozduğunu görüb saxlatmışlar. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İşdə olan MN ******* nömrəli, 17.07.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 iyul 2020-ci il tarixdə, saat 07:30 radələrində sərnişin daşıma fəaliyyəti ilə məşğul olub “Epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. İXM-in 211.1-ci maddəsi, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 17 iyul 2020-ci il tarixli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsivə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs 17 iyul 2020-ci il tarixdə, saat 07:30 radələrində tibbi maskaları olmadan sərnişin daşıma fəaliyyəti ilə məşğul olub “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Bu fakt inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etiraf edici izahatı, şahid ifadəsi və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 211.1-ci maddəsində Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar