Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-140/2022 07.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X6 iştirakı ilə, Şəmkir rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında 07 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından barəsində inzibati tənbeh tətbiq edilən X6 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Şəmkir rayon Polis şöbəsinin polis mayoru X7 tərəfindən qəbul edilmiş 07 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 İXM-in 329.1, 333.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 rayon Məhkəməsinə şikayət verərək Şəmkir rayon Polis şöbəsinin 07 aprel 2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X10 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunu izahat verərək bildirdi ki, Şəmkir rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 333.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinmiş və 400 manat miqdarında cərimə inzibati tənbehi edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə VAZ 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Lakin Şəmkir rayon Polis şöbəsinin əməkdaşları onu saxlatdırarkən onu yoxlamaq üçün heç bir texniki vasitədən istifadə etməmişlər. Həmçinin o sərxoş olmamışdır. Bu barədə Şəmkir rayon Polis şöbəsində heç bir sübut yoxdur. Ona görə də barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə qərarını ləğv edilməsini istəyir. X5 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X1 VAZ 21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. X10 polis şöbəsində verdiyi izahatdada bu faktı təsdiq etmişdir. X6 izahatının surətini məhkəməyə təqdim edir. Ona görə də, X6 İXM-in 329.1, 333.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 manat məbləğində cərimə edilməsini qərara almışdır. Odur ki, X6 şikayəti əsassızdır. X3 məhkəmə iclasında X5 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Şəmkir rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş 07 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X6 İXM-in 329.1, 333.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 400 manat məbləğində cərimə edilməsini qərara almışdır. Məhkəmə iclasında müəyyən edildi ki, X10 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə etməsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkokoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasına görə Şəmkir rayon Polis şöbəsinin polis mayoru X7 tərəfindən qəbul edilmiş 07 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-in 329.1, 333.1 və 327.1-ci maddələri ilə nəzətdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayət ərizəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmədiyini və bu barədə Şəmkir rayon Polis şöbəsində heç bir sübutun olmadığını bildirsə də, Şəmkir rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş X6 izahatından görünür ki, X10 nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə etməsini etiraf etmişdir. Eləcə də, məhkəməyə təqdim edilmiş alko testin keçirilməsinə dair qəbzdən görünür ki, X6 alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmış və onun yüngül dərəcədə sərxoş olması aşkar edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir rayon Polis şöbəsinin əməkdaşı X6 əməlində İXM-in 329.1, 333.1 və 327.1-ci maddələrinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Şəmkir rayon Polis şöbəsinin polis mayoru X7 tərəfindən X10 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanunla müəyyən edilmiş müddətdə qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X6 şikayəti təmin edilməməli, Şəmkir rayon Polis şöbəsinin polis mayoru X4 inzibati tənbeh vermə haqqında 07 aprel 2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Şəmkir rayon Polis şöbəsinin polis mayoru X4 inzibati tənbeh vermə haqqında 07 aprel 2022-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-140/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-140/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver