Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-140/2023 27.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətə əlavə olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X1 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Həmin kənddə kiçik bir mağaza işlədir. Fiziki şəxs kimi vergi ödəyicisidir. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, tibbi maskadan istifadə etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Lakin, hazırda onun cərimə edilməsinə əsas olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərar ləğv edilmişdir. Qanunvericiliyə əsasən, normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Ona görə də, hesab edir ki, onun barəsində olan cərimə qərarı ləğv edilməlidir. Onun maddi vəziyyəti aşağıdır. Cəriməni ödəməyə maddi imkanı yoxdur. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəməyə ərizə verərək, məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXMin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X2 tibbi maskadan istifadə etməyərək karantin qaydalarını pozduğuna görə İXM-nin 211.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X2 İXM-in 211.2-ci maddəsi ilə 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Z.İsmayılova şikayət ərizəsində qeyd edilən inzibati xətanı törətməsini mübahisələndirmir. Lakin, normativ hüquqi aktların geriyə qüvvəsinin olmasını, hazırda cərimə edilməsinə əsas olmuş həmin normativ hüquqi aktın ləğv olunduğunu və buna görə də, barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında və İXM-də normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilsə də, Z.İsmayılovanın qeyd edilən əməli törətdiyi müddətdə onun inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən normativ hüquqi akt qüvvədə olmuş və Z.İsmayılova qeyd edilən inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Odur ki məhkəmə hesab edir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, Z.İsmayılovanın şikayəti təmin edilməməlidir. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti təmin edilməməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, **********8498 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-140/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-140/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver