Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-140/2024 21.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimli Ülvi Şakir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icaata aparılan şəxs Şəxs, onun X1 və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-502/2023 saylı icra vərəqəsinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(042)- 396/2017 saylı qətnaməsi ilə 05 mart 2009-cu il təvəllüdlü X3 və 17 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs iddiaçı X5 xeyrinə hər bir uşaq üçün tutulan 110 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X6 verilməlidir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-502/2023 saylı qətnaməsinə əsasən, 05 mart 2009-cu il təvəllüdlü X3 və 17 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 hər ay 300 manat aliment ödəməlidir. Həmçinin o, başqa şəxslə də ailə qurmuş, həmin aildən iki uşağı olmuşdur. Hazırda həmin uşaqlarında saxlanılması üçün də hər uşaq üçün 193 manat olmaqla, iki uşaq üçün 386 manat aliment ödəyir. O, 2018-2023-cü illərdə şirkətdə işləmiş, aylıq əmək haqqı 456 manat olmuş və işlədiyi müddətdə maaşından İ.Abellayeva olan aliment borcuna görə tutulmalar olmuşdur. O, işlədiyi şirkətdə partlayış olmuş və xəsarət almışdır. Bununla əladədar o pensiya alır, 3-cü qrup əlil olmaqla 60 faiz iş qabiliyyətini itirmişdir. O, 150 manat məbləğində pensiya alır. Pensiya kartı tələbkardadır. Pensiyanı tələbkar alır və aliment borcundan hər ay silinir. O, şirkətdən işdən çıxmışdır. Hazırda işsizdir. O, işdən çıxadıqdan sonra Rusiya Federasiyasına getmiş, orada işləmiş və aliment borcundan ödənişlər etmişdir. Onun ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülərsə Rusiya Federasiyasına gedib, işləyin aliment borcunu ödəyə bilər.Həmçinin tələbkarın maddi vəziyyəti yaxşıdır. Tələbkarın özünə məxsus 40 baş heyvanı var, bazarda yeri var, məktəbdə işləyir və 370 manat pensiya alır. Digər ailəsindən olan uşağı xəstədir və Rusiya Federasiyasından uşağı əməliyyat olduğuna görə gəlmişdir. O, aliment borcunu ödəməkdən imtina etmir. Rusiya Federasiya gedərsə işləyib, borcunu ödəyə bilər. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elxan Abbasov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-502/2023 saylı icra vərəqəsinə əsasən, Gədəbəy Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(042)-396/2017 saylı qətnaməsi ilə 05 mart 2009-cu il təvəllüdlü X3 və 17 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs iddiaçı X5 xeyrinə hər bir uşaq üçün tutulan 110 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün cəmi 300 manat məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı X6 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu tam ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Bundan əvvəl borclu icra sənədini icra etmədiyinə görə məhkəmə qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra borclu işə düzəlmiş, maaşından tutulmalar aparılmışdır. Tələbkar ilə borclu arasında razılaşma olmuş, tələbkarın ərizəsinə əsasən icra sənədi məhkəməyə qaytarılmış, daha sonra tələbkarın ərizəsinə əsasən icra sənədi yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probaisya şöbəsinə göndərilmişdir. Həmçinin borclu Rusiya Federasiya getmiş və borcundan ödənişlər etmişdir. Borclunun aylıq 150 manat pensiya alır və pensiya kartı tələbkardadır. Hər ay aliment borcundan 150 manat silinir. Lakin aylıq tutulmalı olan aliment məbləğinin qalan hissəsini ödəmir. Odur ki, iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. X2 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-502/2023 saylı qətnaməsinə əsasən, 05 mart 2009-cu il təvəllüdlü X3 və 17 avqust 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu ona hər ay 300 manat aliment ödəməlidir. Borclu aylıq 150 manat pensiya alır. Pensiya kartı ondadır. Lakin borclu qalan borcunu ödəmir. Borclu Rusiya Federasiyasına getdiyi zaman 6 ay müddətində 660 manat borcundan ödəniş etmişdir. Maddi imkanı aşağıdır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Borclu yığılmış aliment borcunu hissə-hissə ödəsə də olar. Lakin aylıq ödənişlərinin tam ödənilməsini istəyir. Borclu ustalıq fəaliyyəti ilə məşğul olur. Lakin aliment borcunu ödəmir. Borclunun həbs olunmasını istəmir. Aliment borcunun ödənilməsini istəyir. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclunun pensiya kartı tələbkardadır və bununla da hər ay 150 manat ödəniş edir. Borclu aliment borcunu ödəməkdən borun qaçırmır. Əməlində qərəzçilik yoxdur. Odur ki, borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu ayda 150 manat pensiya alır və pensiya kartı tələbkarda olmaqla hər ay aliment öhdəliyindən 150 manat ödəniş edir. Həmçinin borclu yığılmış aliment borcunu da hissə-hissə ödəyəcəyinə söz verir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-140/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-140/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver