Məhkəmə qərarları › İş №3(042)-142/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-142/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-142/2022 17.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1963-cü ildə Gədəbəy rayonu, Arıqdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(042)-178/2022 saylı icra sənədinə əsasən X2 məxsus olan qiyməti 700 manat dəyərində çəkisi 10 qram olan 583 əyarlı 1 ədəd qızıl boyunbağı, qiyməti 210 manat dəyərində çəkisi 3 qram olan 583 əyarlı 1 ədəd qızıl klon, qiyməti 700 manat dəyərində çəkisi 10 qram olan 583 əyarlı 1 cüt qızıl sırğa, qiyməti 300 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı 1 ədəd brilyant qaşlı qızıl üzük, qiyməti 350 manat dəyərində çəkisi 5 qram olan 583 əyarlı 1 ədəd qızıl üzük, qiyməti 300 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı 1 ədəd qızıl qolbağı, qiyməti 262.5 manat dəyərində çəkisi 3.5 qram olan 583 əyarlı 1 ədəd qızıl üzük, qiyməti 210 manat dəyərində çəkisi 3 qram olan 583 əyarlı 1 ədəd sadə qızıl üzük, qiyməti 399 manat dəyərində çəkisi 5.7 qram olan 583 əyarlı 1 ədəd qızıl üzük, qiyməti 650 manat dəyərində çəkisi 10 qram olan 583 əyarlı 1 ədəd qədimi qızıl üzükdən ibarət qızıl-zinət əşyalarının, qiyməti 4000 manat olan 1 dəst cehizlik mebel (yataq dəsti və qonaq dəsti), qiyməti 300 manat olan 3x4 ölçülü 1 ədəd kaşmir xalça, qiyməti 250 manat olan 1 xrustal çilçıraq, qiyməti 200 manat olan 1 dəst yemək servisi qabı, qiyməti 50 manat olan 1 dəst “pridment” rumka, qiyməti 30 manat olan 1 ədəd künc üçün nəzərdə tutulmuş güldan, qiyməti 450 manat olan 1 ədəd 5 metrlik pərdə dəsti, qiyməti 65 manat olan 1 dəst yorğandöşək üzlüyü və qiyməti 200 manat olan 1 ədəd yataq gəlincik dəstindən ibarət cehiz əşyalarının özünün, onlarından hər hansı birinin naturada qaytarılması mümkün olmadıqda onun dəyər qiyməti cavabdeh Şəxs alınıb X2 verilməlidir. İcra sənədi 05.04.2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(042)-178/2022 saylı icra sənədinə əsasən, ondan cehizvə qızlı zinət əşyaları və ya onların dəyəri olan 9700 manat pul alınaraq X2 verilməlidir. O, qətnaməni qəbul etmir. Borclu bütün qızıl zinət əşyalarını özü ilə aparmışdır. İcra sənədində göstərilən 1 cüt 10 qram olan 700 manatlıq sırqa, 3 qram 1 ədəd klon və 2 ədəd qızıl üzük ilə borclu istəmədiyinə görə dişlərini düzəltdirmişdir. Qalan qızıl zinət əşyaları isə özünə məxsusdur. Maddi imkanı aşağıdır. Ayda 5-10 manat ödəniş edə bilər. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(042)-178/2022 saylı icra sənədinə əsasən X2 məxsus olan qiyməti 700 manat dəyərində çəkisi 10 qram olan 583 əyarlı 1 ədəd qızıl boyunbağı, qiyməti 210 manat dəyərində çəkisi 3 qram olan 583 əyarlı 1 ədəd qızıl klon, qiyməti 700 manat dəyərində çəkisi 10 qram olan 583 əyarlı 1 cüt qızıl sırğa, qiyməti 300 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı 1 ədəd brilyant qaşlı qızıl üzük, qiyməti 350 manat dəyərində çəkisi 5 qram olan 583 əyarlı 1 ədəd qızıl üzük, qiyməti 300 manat dəyərində çəkisi 4 qram olan 583 əyarlı 1 ədəd qızıl qolbağı, qiyməti 262.5 manat dəyərində çəkisi 3.5 qram olan 583 əyarlı 1 ədəd qızıl üzük, qiyməti 210 manat dəyərində çəkisi 3 qram olan 583 əyarlı 1 ədəd sadə qızıl üzük, qiyməti 399 manat dəyərində çəkisi 5.7 qram olan 583 əyarlı 1 ədəd qızıl üzük, qiyməti 650 manat dəyərində çəkisi 10 qram olan 583 əyarlı 1 ədəd qədimi qızıl üzükdən ibarət qızıl-zinət əşyalarının, qiyməti 4000 manat olan 1 dəst cehizlik mebel (yataq dəsti və qonaq dəsti), qiyməti 300 manat olan 3x4 ölçülü 1 ədəd kaşmir xalça, qiyməti 250 manat olan 1 xrustal çilçıraq, qiyməti 200 manat olan 1 dəst yemək servisi qabı, qiyməti 50 manat olan 1 dəst “pridment” rumka, qiyməti 30 manat olan 1 ədəd künc üçün nəzərdə tutulmuş güldan, qiyməti 450 manat olan 1 ədəd 5 metrlik pərdə dəsti, qiyməti 65 manat olan 1 dəst yorğan-döşək üzlüyü və qiyməti 200 manat olan 1 ədəd yataq gəlincik dəstindən ibarət cehiz əşyalarının özünün, onlarından hər hansı birinin naturada qaytarılması mümkün olmadıqda onun dəyər qiyməti cavabdeh Şəxs alınıb X2 verilməlidir. İcra sənədi 05.04.2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(042)-178/2022 saylı icra sənədinə əsasən, Şəxs cehiz və qızlı zinət əşyaları və ya onların dəyəri olan 9700 manat pul alınaraq ona verilməlidir. O, qətnamə ilə müəyyən edilmiş qızıl zinət və cehiz əşyalarının ona qatarılmasını istəyir. Borclu icra sənədini icra etmir. Odur ki, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Gədəbəy rayon İcra və probasiya şöbəsinə daxil olmuş Gədəbəy rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(042)- 178/2022 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və bunu inzibati məsuliyyətdən müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, xəstəliyini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar