Məhkəmə qərarları › İş №3(042)-143/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-143/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-143/2020 23.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayan Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:10 radələrində X3 təşkil etdiyi məclisdə musiqi aləti ilə iştirak edərək “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X10 tərəfindən Şəxs İXMin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. Gədəbəy rayonu Aşıqlar məktəbində müəllim kimi fəaliyyət göstərir. X5 tanıyır, onunla kirvə qohumudur. xx xxxx 2020-ci il tarixdə oğlu X7 ona zəng vuraraq oğlu Romana kiçik toy etdiyini bildirmişdir və onu musiqi alətini də götürüb həmin məclisə gəlməsini demişdir. O, razılıq vermiş, sat 14:30 radələrində musiqi alətini götürüb Novruzun Çiçəkli kəndində yaşadığı ünvana getmişdir. O, bir qədər sintezator ifa etdikdən sonra kənd icra nümayəndəsi saat 16-17 radələrində həmin evə gəlmiş və xəbərdarlıq etmişdir. O, musiqi alətini yığışdırmış, özü isə yeyib-içmişdir. Orada Novruza xüsusi karantin rejimi dövrü olduğunu bildirmiş, musiqi alətini qoşmamış, sadəcə qonaq kimi məclisdə iştirak etmişdir. Sonra polis əməkdaşları onu xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. O, xx xxxx 2020-ci il tarixdə, saat 23:40 radələrində tutulmuşdur. Əməlindən səmimi peşmandır, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs təqsirini səmimi etiraf edir. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Şahid X6 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. xx xxxx 2020-ci il tarixdə xidməti ərazidə xidmət aparan zaman Gədəbəy rayonu, Çiçəkli kənd sakini X3 evində şadlıq mərasimi keçridiyini aşkar etmişdir. Belə ki, xidmətdə olarkən kənd icra nümayəndəsi polis bölməsinə gələrək Gədəbəy rayonu, Çiçəkli kəndində X1 toy mərasimi təşkil etdiyini, toyun qeyri-qanuni olmasını və dayandırılması ilə əlaqədar xəbərdarlıq etdiyini, lakin onu eşitmədiklərini bildirmişdir. Polis bölməsinin rəisinin göstərişi əsasında o, X3 yaşadığı ünvana gəlmişdir. X3 yaşadığı ünvanda olan zaman Novruz Qasımov bildirmişdir ki, bu gün oğlunun həm ad günüdür, həm oğluna kiçik toy edir. O, xüsusi karantin rejiminin tələblərini pozduğuna görə X5 və həmin məclisə musiqiçi kimi sintezator ifaçısı Şəxs Gədəbəy rayon Polis şöbəsinə dəvət etmişdir. Onların barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şahid X10 məhkəmə iclasında şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X10 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:10 radələrində X3 təşkil etdiyi məclisdə musiqi aləti ilə iştirak edərək “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. İXM-in 211.1-ci maddəsi, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövrü elan edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” xx xxxx 2020-ci il tarixli Qərarına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1.8-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:10 radələrində Gədəbəy rayonu, Çiçəkli kəndində X4 yaşadığı evdə təşkil etdiyi məclisdə musiqiçi kimi iştirak edərək “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Bu fakt inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadəsi və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 211.1-ci maddəsində Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2020ci il tarixdə saat 23:40 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 23:40-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar