Məhkəmə qərarları › İş №3(042)-143/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-143/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-143/2024 23.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimli Ülvi Şakir oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-406/2023 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-406/2023 saylı icra sənədinə əsasən, Şəxs bir ədəd dəyəri 50 manat olan lüstur, bir ədəd dəyəri 160 manat olan 20 metr pərdə, bir ədəd dəyəri 360 manat olan gəbə, bir ədəd dəyəri 180 manat olan pakrıval dəsti, dörd ədəd dəyəri 140 manat olan ikinəfərlik yataq dəsti, iki ədəd dəyəri 50 manat olan birnəfəlik yataq dəsti, bir ədəd dəyəri 30 manat olan skatert, bir ədəd dəyəri 15 manat olan skatert, bir ədəd dəyəri 40 manat olan adiyal, bir ədəd dəyəri 40 manat olan pakırval dəsti, dörd ədəd dəyəri 32 manat olan balınc üzü, bir ədəd dəyəri 100 manat olan ütü stolu və 2 ədəd ütü, səkkiz ədəd dəyəri 56 manat olan bədən dəsmalı, on iki ədəd dəyəri 60 manat olan əl-üz dəsmalı, on iki ədəd dəyəri 24 manat olan mətbəx dəsmalı, bir ədəd dəyəri 12 manat olan gül vazı, dəyəri 30 manat olan 6 ədəd bakal dəsti, dəyəri 90 manat olan 72 ədəd qaşıq dəsti, dəyəri 30 manat olan 12 ədəd bıçaq dəsti, dəyəri 50 manat olan 6 ədəd qazan dəsti, dəyəri 20 manat olan 6 ədəd çay servisi, iki ədəd dəyəri 6 manat olan qəndqabı, iki ədəd dəyəri 6 manat olan mürəbbəqabı, iki ədəd dəyəri 14 manat olan ləpəqabı, dəyəri 10 manat olan 6 ədəd bakal dəsti, dəyəri 1500 manat olan yataq mebel dəsti, dəyəri 1200 manat olan qonaq mebel dəsti, dəyəri 700 manat olan divan, kreslo və tumba, bir ədəd dəyəri 35 manat olan qaz plitkası, bir ədəd dəyəri 120 manat olan paltaryuyan maşın, dəyəri 4 manat olan 6 ədəd stəkan dəsti, bir ədəd dəyəri 20 manat olan döşək, bir ədəd dəyəri 25 manat olan yorğan, iki ədəd dəyəri 30 manat olan yorğan, altı ədəd dəyəri 18 manat olan balınc, altı ədəd dəyəri 18 manat olan balınc üzü, beş ədəd dəyəri 10 manat olan paduşka divan üzü, bir ədəd dəyəri 25 manat olan qızılqabı, iyirmi ədəd dəyəri 400 manat olan əl-üz dəsmalı, on ədəd dəyəri 300 manat olan bədən dəsmalı, bir ədəd dəyəri 20 manat olan nişan yaylığı, dörd ədəd dəyəri 120 manat olan kartinka, iki ədəd dəyəri 70 manat olan uşaq üçün bələk dəsti, iki ədəd dəyəri 20 manat olan albom, bir ədəd dəyəri 250 manat olan uşaq üçün çarpayı, iki ədəd dəyəri 44 manat olan cins şalvar, bir ədəd dəyəri 22 manat olan klassik şalvar, bir ədəd dəyəri 180 manat olan konbinizon, bir ədəd dəyəri 30 manat olan cins kordiqan, bir ədəd dəyəri 40 manat olan bluzka, bir ədəd dəyəri 68 manat olan don, iki ədəd dəyəri 60 manat olan kofta, bir ədəd dəyəri 350 manat olan Samsung markalı telefon, bir ədəd dəyəri 870 manat olan Notebuk, dəyəri 2400 manat olan yaraq dəsti, bir ədəd dəyəri 60 manat olan jurnal stolu, bir ədəd dəyəri 150 manat olan stol, altı ədəd dəyəri 200 manat olan stul, bir ədəd dəyəri 10 manat olan lampa, iki ədəd dəyəri 8 manat olan şam bakal, bir ədəd dəyəri 30 manat olan konfet qabı dəsti, bir ədəd dəyəri 50 manat olan çay dəsgahı servisi, bir ədəd dəyəri 880 manat olan 585 əyarlı çəkisi 11 qram olan boyunbağı, bir ədəd dəyəri 560 manat olan 585 əyarlı çəkisi 7 qram olan qolbağ, bir cüt dəyəri 425 manat olan 585 əyarlı çəkisi 5 qram olan sırğa dəsti, bir ədəd dəyəri 255 manat olan 585 əyarlı çəkisi 3 qram olan qolbaq və ya onların dəyəri olan 13329 manat, o cümlədən, mediasiya orqanına ödənilmiş 50 manat və 131 manat dövlət rüsumunun əvəzi alınaraq, X4 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-406/2023 saylı icra sənədində qeyd edilən cehiz əşyalarının böyük qismini tələbkara qaytarmış, qaz peçi, ütü, notbuk və s., əşyalar qalmışdır ki, həmin əşyaları da qaytarmağa hazırdır. Lakin qətnamədə qeyd edilmiş qızıl zinət əşyaları onda deyil, qızıl zinət əşyalarını tələbkar qardaşı həbs edilən zaman lombarda qoymuşdur. Atası və anası xəstədir. Heç bir yerdə işləmir. Maddi vəziyyəti aşağıdır. Qalan borcundan hissəhissə ödənişlər edə bilər. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-406/2023 saylı icra sənədinə əsasən, Şəxs bir ədəd dəyəri 50 manat olan lüstur, bir ədəd dəyəri 160 manat olan 20 metr pərdə, bir ədəd dəyəri 360 manat olan gəbə, bir ədəd dəyəri 180 manat olan pakrıval dəsti, dörd ədəd dəyəri 140 manat olan ikinəfərlik yataq dəsti, iki ədəd dəyəri 50 manat olan birnəfəlik yataq dəsti, bir ədəd dəyəri 30 manat olan skatert, bir ədəd dəyəri 15 manat olan skatert, bir ədəd dəyəri 40 manat olan adiyal, bir ədəd dəyəri 40 manat olan pakırval dəsti, dörd ədəd dəyəri 32 manat olan balınc üzü, bir ədəd dəyəri 100 manat olan ütü stolu və 2 ədəd ütü, səkkiz ədəd dəyəri 56 manat olan bədən dəsmalı, on iki ədəd dəyəri 60 manat olan əl-üz dəsmalı, on iki ədəd dəyəri 24 manat olan mətbəx dəsmalı, bir ədəd dəyəri 12 manat olan gül vazı, dəyəri 30 manat olan 6 ədəd bakal dəsti, dəyəri 90 manat olan 72 ədəd qaşıq dəsti, dəyəri 30 manat olan 12 ədəd bıçaq dəsti, dəyəri 50 manat olan 6 ədəd qazan dəsti, dəyəri 20 manat olan 6 ədəd çay servisi, iki ədəd dəyəri 6 manat olan qəndqabı, iki ədəd dəyəri 6 manat olan mürəbbəqabı, iki ədəd dəyəri 14 manat olan ləpəqabı, dəyəri 10 manat olan 6 ədəd bakal dəsti, dəyəri 1500 manat olan yataq mebel dəsti, dəyəri 1200 manat olan qonaq mebel dəsti, dəyəri 700 manat olan divan, kreslo və tumba, bir ədəd dəyəri 35 manat olan qaz plitkası, bir ədəd dəyəri 120 manat olan paltaryuyan maşın, dəyəri 4 manat olan 6 ədəd stəkan dəsti, bir ədəd dəyəri 20 manat olan döşək, bir ədəd dəyəri 25 manat olan yorğan, iki ədəd dəyəri 30 manat olan yorğan, altı ədəd dəyəri 18 manat olan balınc, altı ədəd dəyəri 18 manat olan balınc üzü, beş ədəd dəyəri 10 manat olan paduşka divan üzü, bir ədəd dəyəri 25 manat olan qızılqabı, iyirmi ədəd dəyəri 400 manat olan əl-üz dəsmalı, on ədəd dəyəri 300 manat olan bədən dəsmalı, bir ədəd dəyəri 20 manat olan nişan yaylığı, dörd ədəd dəyəri 120 manat olan kartinka, iki ədəd dəyəri 70 manat olan uşaq üçün bələk dəsti, iki ədəd dəyəri 20 manat olan albom, bir ədəd dəyəri 250 manat olan uşaq üçün çarpayı, iki ədəd dəyəri 44 manat olan cins şalvar, bir ədəd dəyəri 22 manat olan klassik şalvar, bir ədəd dəyəri 180 manat olan konbinizon, bir ədəd dəyəri 30 manat olan cins kordiqan, bir ədəd dəyəri 40 manat olan bluzka, bir ədəd dəyəri 68 manat olan don, iki ədəd dəyəri 60 manat olan kofta, bir ədəd dəyəri 350 manat olan Samsung markalı telefon, bir ədəd dəyəri 870 manat olan Notebuk, dəyəri 2400 manat olan yaraq dəsti, bir ədəd dəyəri 60 manat olan jurnal stolu, bir ədəd dəyəri 150 manat olan stol, altı ədəd dəyəri 200 manat olan stul, bir ədəd dəyəri 10 manat olan lampa, iki ədəd dəyəri 8 manat olan şam bakal, bir ədəd dəyəri 30 manat olan konfet qabı dəsti, bir ədəd dəyəri 50 manat olan çay dəsgahı servisi, bir ədəd dəyəri 880 manat olan 585 əyarlı çəkisi 11 qram olan boyunbağı, bir ədəd dəyəri 560 manat olan 585 əyarlı çəkisi 7 qram olan qolbağ, bir cüt dəyəri 425 manat olan 585 əyarlı çəkisi 5 qram olan sırğa dəsti, bir ədəd dəyəri 255 manat olan 585 əyarlı çəkisi 3 qram olan qolbaq və ya onların dəyəri olan 13329 manat, o cümlədən, mediasiya orqanına ödənilmiş 50 manat və 131 manat dövlət rüsumunun əvəzi alınaraq, X4 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Həmçinin borclunun aliment ödənişi üzrə icra vərəsəsi üzrə də borcu yığıldığından barəsində İXM-nin 528.1-ci maddəsi ilə də protokol tərtib edilib baxılması üçün məhkəməyə verilmiş, məhkəmə qərarı ilə borclunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qətnaməsində edilən əşyaların bir hissəsi ak üzrə borcludan alınıb tələbkara verilmiş, qalan əşyalar isə mövcud olmadığından borcludan alınıb tələbkara verilməsi mümkün olmamışdır. Həmçinin borclu tərəfindən nə qızıl zinət əşyalarının özü, nə də ki onların dəyəri tələbkara qaytarılmamışdır. Borclunun hazırda icra sənədi üzrə tələbkara 3987 manat borcu var. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. X1 məhkəmə iclasında bildirdi ki, borclu icra sənədi üzrə cehiz əşyalarının bir qismini qaytarsa da, qalan hissəsini qaytarmamışdır. Həmçinin borclu qızıl-zinət əşyalarını və ya onların dəyərini də ödəməmişdir. Borclu 2023-cü ilin avqust ayında borcunu ödəyəcəyinə söz versə də, icra sənədini icra etmir və borcunu ödəmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Əliyev X2 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-406/2023 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, məhkəmə qeyd edir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-406/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və icra hərəkətləri həyata keçirilmişdir. İcra sənədi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən cehiz əşyalarının bir qismi borcludan alınaraq tələbkara verilmiş, icra sənədi üzrə bir ədəd ütü, 1 ədəd paltaryuyan, bir ədəd qaz peçi, 8 ədəd bədən dəsmalı, 1 ədəd samsung telefon, 1 ədəd notbookdan ibarət cehiz əşyalarının və qızıl-zinət əşyalarının heç birinin borcludan alınaraq tələbkara verilməsi mümkün olmamışdır. Qalan həmin əşyaların ümumi dəyəri 3987 manat təşkil edir. Borclu məhkəmə iclasında qızıl-zinət əşyalarının onda mövcud olmadığını və qızıl əşyalarının tələbkar tərəfindən lombarda qoyulduğunu bildirərək məhkəmə qətnaməsindən narazılığını bildirsə də, sözügedən məhkəmə qətnaməsindən borclu Şəxs məlumatı olmuş, onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Eləcə də, borclu Şəxs icra sənədi üzrə qalan cehiz əşyalarını qaytaracığını və borcundan hissə-hissə ödənişlər edəcəyini bildirsə də, icra sənədi uzun müddətdir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatındadır və borcluya icra sənədinin icrası üçün kifayət qədər vaxt verilmiş, lakin borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. Eləcə də icra işindən görünür ki, borclunun eyni tələbkara aliment öhdəliyi də vardır. Həmin öhdəlik üzrə də ödənişlər edilmir. Məhkəməyə iki dəfə borclunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol təqdim edilmiş, bundan sonra borclu qismən ödəniş etdiyindən ona hümanizm prinsipləri nəzərə alınmaqla güzəşt edilmiş və barəsində olan inzibati xəta haqqında icraata xitam verilmişdir. Bu hal da onu göstərir ki, borclu müxtəlif bəhanələrlə və ədalət mühakiməsini yönəltməyə çalışmaqla icra sənədinin icrasından yayınmaq istməmişdir. Eləcə də, borclu qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən razı olduğunu, qızıl əşyalarının onda olmadığını bildirməklə bu məbləğin ödənilməsindən boyun qaçırmasını bir daha nümayiş etdirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borclunun bildirdiklərini heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və belə qənaətə gəlir ki, bu arqumentlərlə inzibati xəta məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarları icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 23 may 2024-cü il tarixdən, saat 12:15dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar