Məhkəmə qərarları › İş №3(042)-144/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-144/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-144/2020 23.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1 və X3 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Gədəbəy rayonu, Düzyurd kəndində “Rafiq” kafedə ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, hazırda Gədəbəy rayonu, kənddə qeydiyyatdadır. Bakı şəhərdə Sədərək ticarət mərkəzində mühafizəçi işləyir. xx xxxx 2020ci il tarixdə axşam saat 23:00 radələrində Düzyurd kəndində yerləşən “Rafiq” kafedə oturarkən polis əməkdaşları kafeyə daxil olmuş və orada qumar oynan şəxslər barəsində tədbir görməyə başlamışdır. Həmin vaxt o, kafedən bayıra çıxmış və maşının yanında dayanmışdır. Maşının qapısı nasaz olduğuna və sənədləri maşında olduğuna görə maşının yanını tərk edə bilməmişdir. Həmin vaxt ucadan danışaraq polisin fəaliyyətinə maneəçilik törətmiş, sonradan adlarını bildiyi polis əməkdaşları X2, X6 və X4 onu nizamintizama dəvət etsə də, o, tabesizlik göstərərək onların qanuni tələbinə tabe olmamışdır. O, faktiki olaraq xx xxxx 2020-ci il tarixdə, saat 00:44 radələrində tutularaq Gədəbəy rayon Polis şöbəsində saxlanılmışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs təqsirini səmimi etiraf edir. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində PPXB-nin taqım komandiri vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 23:00 radələrində Gədəbəy rayonu Düzyurd kəndi ərazisində yerləşən “Rafiq kafe"də qumar oyunu faktı aşkar edilib müvafiq tədbir görülərkən sonradan şəxsiyyəti məlum olan Düzyurd kənd sakini Şəxs polisin fəaliyyətini alçaldıcı şəkildə nəlayiq söz danışıb polisin qanuni fəaliyyətinə maneçilik göstərdmişdir. O və orada olan digər polis əməkdaşları – Gədəbəy RPŞ-nin PPXB-nün manqa komandiri polis baş serjantı Asif Alıhüseynov və polis serjantı X6 onu nizam intizama dəvət edən zaman Şəxs özünü qeyri səmimi aparıb onlara qarşı hörmətsizlik etmiş, onların qanuni tələbinə qəsdən tabe olmayıb öz qanunsuz hərəkətlərini daha da aqressiv şəkildə davam etdirmişdir. Onlar Şəxs barəsində qanuni tədbir görülməsi uçün Gədəbəy RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Zərər çəkmiş şəxs X8 məhkəmə iclasında zərərçəkmiş şəxs X1 izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxx 2020-ci il tarixdə Gədəbəy RPŞ-nin sahə rəisi X9 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Gədəbəy rayonu, Düzyurd kəndində “Rafiq” kafedə ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Gədəbəy rayonu, Düzyurd kəndində “Rafiq” kafedə ictimai asayişi təmin edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və zərər çəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əvvəllər məhkum olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:44 radələrində inzibati qaydada tutulmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 00:44-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 00:44-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar