Məhkəmə qərarları › İş №3(042)-145/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-145/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-145/2020 24.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2 və X8 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonu, Maarif kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozarkən ictimai asayişi təmin edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonu, Maarif kəndində doğulmuş, hazırda Gədəbəy rayonu, həmin kənddə yaşayır. Barəsində olan inzibati xəta haqqında işlə bağlı bildirir ki, xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində yerləşən kafedə dostları ilə yeyib spirtli içki içmişdir. Təxminən, saat 18:00 radələrində kafedən bayıra çıxmışdır. Həddən artıq spirtli içki qəbul etdiyindən özündə olmamış və ucadan nalayiq söyüşlər söymüşdür. Həmin vaxt sərxoş olmuşdur. Sonradan adlarını bildiyi polis əməkdaşları X5 və X10 onu nizam-intizama dəvət etsə də, o, tabesizlik göstərərək X3 qarşı müqavimət göstərmiş və onu kəllə ilə vurmuşdur. O, faktiki olaraq xx xxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində saxlanılmış və Gədəbəy rayon Polis şöbəsinə gətirilmişdir. Gədəbəy rayon Polis şöbəsində saxlanılmışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs təqsirini səmimi etiraf edir. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində PPX bölüyündə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-cu il tarixdə təxminən saat 18:30-radələrində PPXB-nün polis nəfəri X10 ilə birlikdə dislokasiyaya əsasən Slavyanka kəndinin mərkəzində xidmətdə olarkən sonradan şəxsiyyəti onlara məlum olan Gədəbəy rayonu, Maarif kənd sakini Şəxs şərxoş vəziyyətdə “Nicat” kafeyə bitişik çayxanada ucadan qışqıraraq nalayiq söyüşlər söydüyünü eşitmişlər.Orada olan vətəndaşlar onun hərəkətlərini görüb barəsində tədbir görülməsini xahiş etmişlər. Onlar Şəxs yaxınlaşan zaman Şəxs sərxoş vəziyyətdə olduğunu görmüşlər. Onlar Şəxs nizam-intizama dəvət edib qanunsuz hərəkətlərinə son qoymasını tələb etsədə,Şəxs bundan daha da aqressiv halda polisin ünvanına söyüşlər söyməklə ictimai qaydanı pozmaqda davam etmiş və onların qanuni tələbinə tabe olmamışdır. Həmin vaxt Şəxs onu kəllə ilə vurmuş və burnunu zədələmişdir. Şəxssaat 19:00 radələrində faktiki saxlanılaraq barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Zərər çəkmiş şəxs X10 məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatı ilə eyni məzmunlu ifadə verdi. Əlavə olaraq bildirdi ki, onlar Şəxs nizam-intizama dəvət edən zaman Şəxs X1 ilə vuraraq burnunu zədələmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxx 2020-ci il tarixdə Gədəbəy RPŞ-nin İTB-nin sahə rəisi X9 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozarkən ictimai asayişi təmin edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:00 radələrində Gədəbəy rayonu, Slavyanka kəndinin mərkəzində sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozarkən ictimai asayişi təmin edən hakimiyyət nümayəndəsi olan polis əməkdaşı X4 xidməti vəzifələrini yerinə yetirərkən kəllə ilə vurub burnunu zədələyib zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 114.1.-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; 114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; 114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə. İXM-in 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılarkən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olduğu müəyyən edildiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanması məsələsinə baxılması üçün inzibati xəta haqqında material Gədəbəy rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan inzibati qaydada tutma protokoluna əsasən, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:00 radələrində inzibati qaydada tutulmasına baxmayaraq məhkəmədə müəyyən edildi ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində faktiki olaraq saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində olan inzibati xəta haqqında işə baxılarkən onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olduğu müəyyən edildiyindən, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanması məsələsinə baxılması üçün inzibati xəta haqqında material Gədəbəy rayon prokurorluğuna göndərilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti işdə iştirak edən şəxslərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar