Məhkəmə qərarları › İş №3(042)-145/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-145/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-145/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, X8 oğlunun Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 oğlu şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, MN ******* qərarla 300 manat miqdarında inzibati tənbeh tətbiq edilmişdir. Lakin qərar əsassızdır. Çünki o, çay evində ofisiant işləyir. Vəzifəli şəxs deyil. Həmin çay evinin müdiri olmadığı üçün vəzifəli şəxs hesab edilə bilməz və 300 manat miqdarında cərimə yazıla bilməzdi. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ona qərəzli olaraq, cərimə tənbehi tətbiq etmişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən ictimai iaşə obyekti olan çay evinin vergi ödəyicisi X3r. 12.02.2021-ci il tarixdə həmin obyektdə yoxlama olmuş və obyektin işçi heyətinin karantin qaydalarının pozması aşkar edilmişdir. Bu zaman X4 vəzifəli şəxs kimi 300 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, X8 oğluna Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 300 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan Yoxlama Aktının surətindən görünür ki, Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən ictimai iaşə obyekti olan çay evinin vergi ödəyicisi X3r. İşdə olan diskin videoçəkilişindən görünür ki, çay evində karantin qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X8 oğlu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən ictimai iaşə obyekti olan çay evinin vergi ödəyicisi X3r. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həmin iaşə obyektini yoxlamaq üçün gəlmişlər və yoxlama zamanı iaşə obyektinin işçilərinin karantin qaydalarını pozması aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmışdır. Yəni, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı qanuni və əsaslıdır. Ona görə də, şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar