Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-145/2022 23.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Arabaçı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş X4 materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, o, həyətyanı torpaq sahəsində əkin əkmişdir. X1 donuzları dəfələrlə ona məxsus həyətyanı torpaq sahəsinə girmiş, həmin vaxt o, donuzlardan birini öldürmüşdür. X4 Protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə X3 məxaus bir baş birillik və bir baş altı aylıq donuzların başını kəsərək məhv etmiş və ona 550-600 manat miqdarında maddi ziyan vurmuşdur. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə X3 məxaus bir baş birillik və bir baş altı aylıq donuzların başını kəsərək məhv etmiş və ona 550-600 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə inzibati xəta əməlinin ağırlıq dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməli, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni, 550 manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-145/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-145/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver