Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-146/2020 27.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayonu, Düzyurd kənd sakini Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Gədəbəy rayon polis şöbəsinə gələrək növbətçi hissənin və polis şöbəsinin normal iş fəaliyyətini pozan hərəkətlər edərkən onu nizam-intizama dəvət polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, hazırda Gədəbəy rayonu, kənddə qeydiyyatdadır. Oğlu X2 məhkəmə tərəfindən həbs olunma xəbərini eşitdikdən sonra xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Gədəbəy rayon polis şöbəsinə gəlmiş və oğlu ilə görüşmək istədiyini, oğlunun tutulma səbəbini öyrənmək istədiyini bildirmişdir. Ona oğlunun həbs edilmə səbəbi bildirildikdən sonra rəislə mübahisə etməyə başlamışdır. Həmin vaxt əsəbi olduğundan hərəkətlərini idarə edə bilməmiş, Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə məlumat vermiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. O, faktiki olaraq xx xxxx 2020-ci il tarixdə, saat 14.30 radələrində tutularaq Gədəbəy rayon Polis şöbəsində saxlanılmışdır. Əməlindən səmimi peşmançılıq çəkir. Bir də belə hərəkətlərə yol verməyəcəkdir. Şahid X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində YYŞPİTQ-nin baş inspektoru vəzifəsində işləyir. Polis kapitanıdır. Polis şöbəsində məsul növbətçi vəzifəsi vakant olduğu üçün xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində məsul növbətçi əvəzi kimi RPŞ-nin növbətçi hissəsində xidmətdə imiş. Növbətçi köməkçisi, polis serjantı İsfəndiyar Həsənov da yanında olmuşdur. Bu zaman bir qadın növbətçi hissəyə yaxınlaşıb RPŞ-nin rəisinin qəbuluna getmək istədiyini bildirmişdir. O, həmin qadının kimliyini və rəisin qəbuluna hansı məqsədlə getdiyini soruşmuşdur ki, bu barədə rəisə məruzə etmişdir. Qadın ucadan ona demişdir ki, “sənin nə işinə qalıb, rəisinə de, qəbul etsin”. O daqadına izah vermişdir ki, qəbula gəlməkdə məqsədini və adını desin, rəis onu qəbul edəcək. Qadın özünü Düzyurd kənd sakini Şəxs kimi təqdim etmişdir. O, daxili telefonla RPŞ-nin rəisinə məruzə etmişdir ki, bir nəfər qadın qəbuluna gəlmək istəyir, ancaq tibbi maskası yoxdur. Rəis ona demişdir ki,“gözləsin, düşüb qəbul edirəm”. 2-3 dəqiqə sonra rəis Mehman Həşimov ikinci mərtəbədən növbətçi hissənin qarşısına gəlmiş, o da çölə çıxıb qadını rəisə təqdim etmişdir. Şəxs ilk andan: “siz mənim oğlumu nə əsasa gətirib tutmuşunuz, oğlum nə iş görüb” – deyə ucadan soruşmuşdur. Rəis ona bir az sakit olub, fikrini sərbəst, rahat halda ifadə etməsini bildirib, izah vermişdir ki, onun oğlu Ruslan Qasımov məhkəmənin qərarı əsasında inzibati qaydada həbs edilmişdir. Lakin, o, izahları qəbul etməyib: “siz burda özünüzə hökümət qurmuşunuz, oğlumu şərləyib tutmuşunuz, sizin başınıza oyun açacam, tez olun mənim oğlumu verin, aparım gedim” – deyə qışqırmağa başlamışdır. Rəis yenə ona təmkinli olmağı bildirib, xahiş etmişdir ki, qışqırmasın, xidməti otaqlarda əməkdaşlar işləyir. Şəxs saymazyana şəkildə, təhqiredici formada telefonunu çıxardıb, əməkdaşların şəklini çəkməyə cəhd etmiş, sonra isə “102” xidmətinə zəng vuraraq guya rəisin onu təhqir edib, kobud danışması barədə məlumat vermişdir. Rəis müavini və digər əməkdaşların yanında Şəxs polisin ünvanına təhqiredici söyüşlər söyüb iş fəaliyyətini pozmağa başlamışdır. Onu nizam-intizama dəvət etsələr də, Şəxs tabesizlik göstərib, təxminən 30 dəqiqə müddətində bütün əməkdaşlara qarşı hörmətsizlik ifadə edərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. X10 Balacaoğlu məhkəmə iclasında şahid X1 izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxx 2020-ci il tarixdə Gədəbəy RPŞ-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Gədəbəy rayon polis şöbəsinə gələrək növbətçi hissənin və polis şöbəsinin normal iş fəaliyyətini pozan hərəkətlər edərkən onu nizam-intizama dəvət polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Gədəbəy RPŞ-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Gədəbəy rayon polis şöbəsinə gələrək növbətçi hissənin və polis şöbəsinin normal iş fəaliyyətini pozan hərəkətlər edərkən onu nizam-intizama dəvət polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 535.1-ci maddəsi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və zərər çəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əvvəllər məhkum olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 14.30 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-146/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-146/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver