Məhkəmə qərarları › İş №3(042)-146/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-146/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-146/2023 27.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində X2 iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, mənzil 6-da yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan X2 materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş X2 protokol məhkəməyə daxil olmuşdur. Barəsində X2 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2022-ci ilin yay aylarında Gədəbəy şəhərinin ətrafında olan meşə zolağında gəzərkən çətənə kolu görmüş və kolun yarpaqlarından yığaraq, saxlamışdır. 17 aprel 2023-cü il tarixdə həmin yarpaqlardan siqaret düzəldib istifadə etmişdir. O, əməlindən səmimi peşmandır və bir də belə hərəkətlərə yol verməyəcəkdir. Himayəsində üç azyaşlı uşağın olmasının nəzərə alınması və barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gədəbəy RPŞ-nin X1 göndərilmişdir. İşdə olan 27 aprel 2023-cü il tarixli X2 Protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində tərtib edilmişdir. İşdə olan Çıxarışdan görünür ki, Şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum edilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X2 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhkum edildiyini, himayəsində üç azyaşlı uşaq olduğunu nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası həddində həbs inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 27 aprel 2023-cü il tarix saat 17-00 dəqiqədən hesablansın. Qərarın icrası Gədəbəy RPŞ-ə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar