Məhkəmə qərarları › İş №3(042)-146/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-146/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-146/2024 10.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar 329.1 və 333-1.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy rayon X3 Patrul Xidmətinin inspektoru X2 tərəfindən, təhlükəsizlik kəmərini bağlamadan və narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə Şəxs İXM-in 329.1 və 333-1.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixdə İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati material İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Özünə məxsus “VAZ 21214 Urban minik” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İçkili vəziyyətdə avtomobil idarə etdiyinə görə o polis əməkdaşları tərəfindən saxlanılmış və Gədəbəy rayon Polis şöbəsinə aparılmışdır. O, həmçinin təxminən 1 ay bundan əvvəl narkotik vasitə istifadə etmişdir. Polis şöbəsində ondan analiz götürülmüş və narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. O, əməlindən peşmandır. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon X3 Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 329.1 və 333-1.1-ci maddələri ilə(təhlükəsizlik kəmərini bağlamadan və narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində “narkotik T.H.C” aşkar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 329.1 və 333-1.1-ci maddələri maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsulliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 333-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsulliyyət müəyyən edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs təhlükəsizlik kəmərini bağlamadan və narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməklə, Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan əməli törətmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar 329.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında icraata aparılan şəxs nakotik vasitədən istifadə etməsini etiraf etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri təqsirli bilinib, törətdiyi inzibati xətalardan daha ciddisi olan, İXM-in 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri təqsirli bilinib, ona 600 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar