Məhkəmə qərarları › İş №3(042)-147/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-147/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-147/2020 10.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən Gədəbəy rayonu, Maarif kənd sakini MahmudovaCəmilə Fərman qızının müraciəti ilə bağlı aparılmış araşdırma əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilmiş, X2 barəsində xx xxxx 2020-ci il tarixdə X4 və sonuncunun oğlu X12 döyüb onlara dərəcəsi təyin olunmayan xəsarətlər yetirdiyi üçün və X3 barəsində xx xxxx 2020-ci il tarixdə X5 döyüb ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs kimi məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X2 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 400 manat məbləğində cərimə edilməsini qərara almışdır. X1 RPŞ-nin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X6 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Maarif kəndində yaşayır. X7 onun qonşusudur. Gülüm onuevinə gedən yoldan keçməyinə imkan vermir. Bu səbəbdən aralarında narazılıq var. xx xxxx 2020-ci il tarixdə o, ayaqyoluna gedən zaman Gülüm onun üzərinə gəlmişdir. Həmin vaxt Gülümün əlində bir ədəd toxa və qırıq bıçaq olmuşdur. Gülüm ona irad bildirmişdir ki, nə üçün küçəyə çıxmış, onun evinə gedən yoldan keçmişdir? O da cavab olaraq bildirmişdir ki, bura onun evimə gedən yoldur,o yoldan uzun illərdir ki, istifadə edir. Onun bu cavabından sonra Gülüm onu vurmuşdur.Onun ürəyi xəstə olduğu və əsəbiləşdiyi üçün özünü pis hiss edib yıxılmış və həmin vaxt huşumu itirmişdir. Qonşu Sevil ona köməyə gəlmiş, ayılanda. Sevil ona Gülümün polisə şikayət etməyə getdiyini bildirmişdir. Əslində döyülən o, olmuşdur. Bu səbəbdən o da polisə şikayət etmişdir. Şikayəti ilə bağlı Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış və təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən onun əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə onun İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 400 manat məbləğində cərimə edilməsini qərara almışdır. O həmin cərimə qərarından narazıdır və hesab edir ki, qərar qanunun tələblərinə uyğun olaraq verilmədiyinə görə ləğv edilməli və barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov onun barəsində cərimə edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərkən onun izahatını almamışdlr. Ona görə də o, barəsində verilmiş cərimə qərarından narazıdır və həmin qərarın ləğv edilərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini istəyir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati tənbehin verilməsi haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Gədəbəy rayonu, Maarif kənd sakini MahmudovaCəmilə Fərman qızının müraciəti ilə bağlı aparılmış araşdırma əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilmiş, X2 barəsində xx xxxx 2020-ci il tarixdə X4 və sonuncunun oğlu X12 döyüb onlara dərəcəsi təyin olunmayan xəsarətlər yetirdiyi üçün və X3 barəsində xx xxxx 2020-ci il tarixdə X5 döyüb ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs kimi məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X11 tərəfindən X2 barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda X2 xx xxxx 2020-ci il tarixdə X4 və oğlu Alıyev Amini döyüb dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyən edildiyi, bu faktın təhqiqat bölməsinin qərarı ilə təsdiq edildiyi göstərilmişdir. İş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimov xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X6 xx xxxx 2020-ci il tarixdə X4 və oğlu Alıyev Amini döydüyünə görə İXM-in 157-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X1 rayon Polis şöbəsinin rəisi Mehman Həşimov tərəfindən İXM-in 157-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, X2 İXM-in 157-ci maddəsi ilə cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərar xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol protokol əsasında qəbul edilmişdir. Lakin X6 barəsində inzibati xəta haqqında qərar qəbul edilməsinə yeganə əsas kimi Gədəbəy rayon Polis şöbəsinin cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarı götürülmüş, qərar İctimai təhlükəsizlik bölməsinə daxil olduqdan sonra şahidlərin izahatı alınmamış, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması aydınlaşdırılmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs qeyd olunan xüsusatlara fikir verməmiş və X2 İXM-in 157-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimovun inzibati tənbehin verilməsi haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə yenidən baxılması Gədəbəy rayon Polis şöbəsinə tapşırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar