Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-149/2020 10.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X3 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 211-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X8 məhkəməyə Gədəbəy rayon Polis şöbəsinin xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 məhkəmə iclasında şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 10:49 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşını ilə ürək əməliyyatı keçirmiş atası xx.xx.1961-ci il təvəllüdlü X6 həkim-kardioloqun müayinəsindən çıxarıb yazılmış “resept” əsasında dərman almaq üçün aptekə apararırmış. Həmin vaxt karantin rejimi ilə bağlı şəxsiyyət vəsiqəsinin seriyası ilə bacısı X2 adına olan, lakin həmişə özünün istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla xx.xx.2020-ci il tarixdə, saat 09:55 dəqiqədə “icaze.egov.az" portalına 2-ci indeks üzrə müraciət edib həmin dəqiqədən 2 saat müddətinə, yəni saat 11:55 radələrinədək yaşayış yerimi tərk etməyə icazə almışdır. Həmin vaxt Gədəbəy şəhəri, H.Əliyev prospektində rayon polis şöbəsinin yol polis əməkdaşları karantin rejimi qaydalarını pozmağı ilə bağlı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə İXP ******* nömrəli inzibati protokol tərtib etmişlər və xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onu 100 manat məbləğində inzibati cərimə etmişlər. O, qərardadn narazıdır. Belə ki, o, həmin qanuna əsasən 8103 nömrəsinə SMS göndərməklə icazə almışdır. Ona görə də hesab edir ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Polis şöbəsinin YPX-nin baş inspektoru, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Gədəbəy şəhəri, H.Əliyev prospektində xüsusi karantin rejimini qaydalarını pozduğuna görə İXM-nin 211-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Gədəbəy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimov tərəfindən qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-in 211-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Gədəbəy Rayon Mərkəzi X1 şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kənd sakini X10 həqiqətən xx.xx.2020-ci il tarixdə, saat 09.30 radələrində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində ürək həkiminin qəbulunda olmuş və müayinə olunaraq həkim tərəfindən “Resept” yazılaraq yazılan dərmanları aptekdən alıb evə getməyi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” xx xxxx 2020-ci il tarixli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən, Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Həmin qərarın 1.5.2-ci bəndinə əsasən, 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir). Məhkəmə iclasında müəyyən edildi ki, X8 xx.xx.2020-ci il tarixdə, saat 10:49 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşını ilə ürək əməliyyatı keçirmiş atası xx.xx.1961-ci il təvəllüdlü X6 həkimkardioloqun müayinəsindən çıxarıb yazılmış “resept” əsasında dərman almaq üçün aptekə gedən zaman Gədəbəy şəhəri, H.Əliyev prospektində xüsusi karantin rejimini qaydalarını pozduğuna görə barəsində İXM-nin 211-ci maddəsi (əvvəlki redaksiyada) ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X8 İXM-in 211-ci maddəsi ilə 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin vaxt, X8 2 indeks üzrə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərmiş və yaşayış yerini tərk etməyə icazəsi olmuşdur. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (əvvəlki redaksiyada) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə Gədəbəy rayon Polis şöbəsinin YPX-nin baş inspektoru, polis baş leytenantı X9 tərəfindən İXM-in 211-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda X3 epidemiya əleyhinə rejimin, sanitariya və karantin rejimlərinin pozulması halına yol verdiyi göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, X8 xx.xx.2020-ci il tarixdə, saat 10:49 radələrində özünə məxsus “VAZ 21074” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşını ilə ürək əməliyyatı keçirmiş atası xx.xx.1961-ci il təvəllüdlü X6 həkim-kardioloqun müayinəsindən çıxarıb yazılmış “resept” əsasında dərman almaq üçün aptekə gedən zaman 2 indeks üzrə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərmiş və yaşayış yerini tərk etməyə icazəsi olmuşdur.Bu da onu göstərir ki, X3 əməlində İXM-in 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-149/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-149/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver