Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-15/2023 03.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, baytarlıq aptekində işləyən, Gədəbəy rayonunun Slavyanka kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş X3 materiala baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsindən Şəxs barəsində lisenziya tələb olunan fəaliyyət növü ilə lisenziya olmadan məşğul olduğu üçün Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. X1 əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları Gədəbəy rayonu ərazisində növbəti operativ vergi nəzarət işləri aparılarkən Şəxs tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə fəaliyyət göstərməsi müəyyən edilmişdir. Ona görə də, o, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, əvvəllər kirayə müqaviləsi əsasında lisenziya ala bilmiş, lakin sonradan kirayə müqaviləsi bağlamaq mümkün olmadığı üçün ona lisenziya verilməmişdir. Həmçinin o, son il ərzində 100 manat gəlir əldə etmişdir. Ona görə də yüngül tənbeh verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Bələliklə, məhkəmə barəsində X3 protokol tərtib edilmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları Gədəbəy rayonu ərazisində növbəti operativ vergi nəzarət işləri aparılarkən Şəxs tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə Şəxs hansı miqdarda ziyan vurmasını müəyyən edərkən Şəxs məhkəmə iclasında verdiyi izahata əsaslanır və onun 100 manat gəlir əldə etməsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinin sanksiyası həddində əldə edilmiş 100 manat gəlirin iki misli miqdarında inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və əldə edilmiş 100 manat gəlirin iki misli miqdarında inzibati tənbehi təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-15/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-15/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver