Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-15/2024 09.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonu, Maarif kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Gədəbəy rayonu, Maarif kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-817/2012 saylı qətnaməsinə əsasən, 1850 manat dəyərində bir baş inək heyvanı, 3315 manat dəyərində 39 baş qoyunun natura şəkilində, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda əmlakın dəyərinin cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Bundan əlavə, Gədəbəy rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs 4500 manat və dövlət rüsümü olaraq 30 manat, cəmi 4530 manat alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Hər iki icra sənədləri Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Hər iki icra sənədi üzrə borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildirişlər göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. İcra sənədlərini icra etmədiyinə və icra məmurunun qnuni tələblərinə tabe olmadığına görə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarları ilə borclu barəsində hər biri 10 gün müddət olmaqla iki dəfə inzibati həbs tətbiq edilmişdir. İcra sənədlərinin icrası barədə borcluya dəfələrlə təklif edilsə də, o borcunu sonra da ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədlərini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-817/2012 saylı qətnaməsinə əsasən, 1850 manat dəyərində bir baş inəyin, 3315 manat dəyərində 39 baş qoyunun natura şəkilində, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda əmlakın dəyərinin cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Bundan əlavə, Gədəbəy rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs 4500 manat və dövlət rüsümü olaraq 30 manat, cəmi 4530 manat alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Onun həmin pulu ödəməyə imkanı yoxdur. Bacısı xəstə olmuş, sonra da vəfat etmiş, ona görə də borcları ödəməmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-817/2012 saylı qətnaməsinə əsasən, 1850 manat dəyərində bir baş inək heyvanı, 3315 manat dəyərində 39 baş qoyunun natura şəkilində, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda əmlakın dəyərinin cavabdeh Şəxs alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Bundan əlavə, Gədəbəy rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs 4500 manat və dövlət rüsümü olaraq 30 manat, cəmi 4530 manat alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Hər iki icra sənədləri Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Hər iki icra sənədi üzrə borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildirişlər göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. İcra sənədlərini icra etmədiyinə və icra məmurunun qnuni tələblərinə tabe olmadığına görə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli qərarları ilə borclu barəsində hər biri 10 gün müddət olmaqla iki dəfə inzibati həbs tətbiq edilmişdir. İcra sənədlərinin icrası barədə borcluya dəfələrlə təklif edilsə də, o borcunu sonra da ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu nizam intizamlı deyil icra şöbəsinin tələblərinə tabe olmur. Məcburi gətirmə ilə icra şöbəsinə gətirilmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(104)-817/2012 saylı və Gədəbəy rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli icra sənədlərini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs icra məmurunun qanuni göstərişlərinə əməl etmir, icra şöbəsinə dəvət olunduğu vaxt gəlmir, müxtəlif vaxtlarda barəsində məcburi gətirmə elan olunduqdan sonra icra şöbəsinə gətirilir. O, məcburi gətirilmə qərarı nəticəsində məhkəməyə gətirilmişdir. İcra sənədlərinin icraata qəbulundan uzun müddət keçməsinə baxmayaraq, hər hansı miqdarda ödənişlər etməməsi borclu tərəfindən icra sənədinin qərəzli icra edilməməsi qənaətinə gəlinməsinə əsas verir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, barəsində inzibati həbs tətbiq edildikdən sonra da islah olunmayaraq icra sənədlərini icra etməməsini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 09 yanvar 2024-cü il tarixdən, saat 17.00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-15/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-15/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver