Məhkəmə qərarları › İş №3(042)-151/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-151/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-151/2020 04.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:10 radələrində ünvan 3 ucadan ünvansız söyüşlər söyərək insanların toplaşdığı yerdə ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmişdir. Gədəbəy rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində tərtib edilmiş inzibati protokol və toplanmış material Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. xx xxxxxx 2020-ci il tarixdə o, qardaşı Arzu Orucovla birlikdə maşınla Göygöl rayonundan Gədəbəy rayonuna gəlirmiş. Gədəbəy rayonunun Zəhmət kəndi ərazisindən keçərkən qarşıdan gələn **-VX-*** dövlət qeydiyyat nömrə nişanlı xarici markalı avtomaşın yolda qəza şəraiti yaratmışdır. O, yoluna davam etmiş və Zəhmət kəndinin mərkəzindən keçərkən yol polisi əməkdaşları onu saxlatmışlar. Həmin vaxt o maşında olmuşdur. Qardaşı düşmüş maşından və polis əməkdaşları ilə söhbət etmişdir. Bu zaman Arzu Orucov şəkil çəkmişdir. Polis əməkdaşları isə onun şəkil çəkməsinə narazılıq etmişdir. O, orada səs-key salmamış, söyüş söyməmişdir. Həmin vaxt sərxoş olmamışdır. Buna baxmayaraq polis əməkdaşları guya onun ictimai qaydanı pozmasına görə polis şöbəsinə gətirmişdir. O, əməlindən səmimi peşmandır. Şahid X3 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsində DYPB-nin YPX-nin inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. xx xxxxxx 2020-ci il tarixdə ünvan 3 xidmətdə olarkən, təxminən saat 19.10 radələrində sonradan adını bildiyi X8 və Şəxs onların xidməti avtomobilini mobil telefonla çəkdiyini görmüşdür. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb nə üçün yol patrul avtomaşını çəkdiyini soruşmuş, həmin vaxt Arzu Orucov onu da çəkməyə başlamışdır. Ərazidə olan polis əməkdaşları telefonu Arzu Orucovun əlində almışlar. Həmin vaxt onlar ucadan ünvansız söyüşlər söyməyə başlamışdır. O və digər polis əməkdaşları onları nizam-intizama dəvət etsə də, Arzu Orucov və Şəxs daha da aqressivləşərək söyüşlər söyməyə başlamış,səs-küy salıb hərəkətlərini davam etdirmiş, bununla da ictimai qaydanı pozaraq orada olan sakinlərin rahatçılığına səbəb olmuşlar. Bundan sonra əraziyə post patrul xidmətinin əməkdaşlarını çağırmışlar və onları Gədəbəy rayon Polis şöbəsinə gətirmişlər. Onların barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şahidlər X2, X9 və X5 məhkəmə iclasında şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşdə olan MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19.10 radələrindəünvan 3 səs-küy salıb, ünvansız nalayiq söyüşlər söyərək insanların toplaşdığı yerdə ictimai qaydanı pozmuşdur. İXM-in 510-cu maddəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə inzibati xəta törətmiş şəxsivə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsivə şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19:10 radələrində ünvan 3 ucadan ünvansız söyüşlər söyərək insanların toplaşdığı yerdə ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bu fakt inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, şahid ifadələri və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə Şəxs ictimai qaydanı pozmamasına dair gətirdiyi arqumentləri məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqla heç bir sübutla əsaslandırılmamış şəxsi mülahizəsi hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar