Məhkəmə qərarları › İş №3(042)-152/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-152/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-152/2020 04.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, X7 Mərkəzinin direktor müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum edilmiş, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonunun Zəhmət kəndində ucadan ünvansız nalayiq söyüşlər söyməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Zəhmət kəndi ərazisində idarə etdiyi avtomobillə Gədəbəy rayonuna gələrkən avtomobil yolunda tanımadığı xarici markalı avtomobil onun idarə etdiyi avtomobilin üzərinə gəlmiş, qəza təhlükəsi yaratmışdır. Lakin həmin yerdə yol polisi əməkdaşları olmadığına görə həmin avtomobilin sürücüsü haqqında tədbir görülməmişdir. O, avtomobillə Zəhmət kəndinə yaxınlaşarkən yol polisi əməkdaşlarının yol kənarındakı kafedə olduqlarını görmüş və bu barədə yoln polisi bölməsinin rəisinə telefonla məlumat vermişdir. Yol polisi rəisi ondan xahiş etmişdir ki, polis əməkdaşlarının şəklini mobil telefonla çəkib, ona göndərsin. Ona görə də o, öz mobil telefunu ilə polis əməkdaşlarını çəkməyə başlamışdır. Lakin həmin vaxt polis əməkdaşları gəlmiş, çəkilişi dayandırmağı tələb etmiş, telefonu ondan almışlar. Bu zaman nalayiq söyüşlər söyməmiş, ictimai qaydanı pozmamışdır. İş üzrə şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunun Zəhmət kəndi ərazisində reyd keçirdikləri zaman Şəxs mobil telefonla onları çəkiliş etdiyini görmüşlər. Həmin vaxt digər polis əməkdaşları və o, çəkilişi dayandırmağı tələb etmişlər və onun mobil telefonunu götürmüşlər. Bu zaman Şəxs ucadan ünvansız nalayiq söyüşlər söymüş, yol hərəkətinə maneçilik yaratmış, ictimai qaydanı pozmuşdur. İş üzrə şahid qismində dindirilmiş X10, X2, X5 və X1 Vüqar Məhəmməd oğlu ilə eyniməzmunlu izahat verdilər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonunun Zəhmət kəndində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. İşdə olan sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.9-cu maddələri ilə məhkum edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonunun Zəhmət kəndində ucadan ünvansız nalayiq söyüşlər söymüş, yol hərəkətinə maneçilik yaratmış, yəni, ictimai qaydanı pozmuşdur. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun məhkumluğunu, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 1500-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar