Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-152/2024 20.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunması barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-435/2023 saylı qərarı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Şəxs qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə İXM-in Məcəllənin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-435/2023 saylı qərarı ilə, o Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. O, heç bir yerdə işləmir. Cərimə məbləğini ödəməyə maddi imkanı yoxdur. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-435/2023 saylı qərarı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. İcra sənədi onun icraatına daxil olmuş və icraata başlanılmışdır. Şəxs icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə bildiriş göndərilmiş və izahatları alınmışdır. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, borcun ödənilməsi üçün maddi imkanının olmadığını bildirmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Ona görə də, borclunun barəsində İXM-in Məcəllənin 529.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-435/2023 saylı qərarı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Qərar icra yönəlmiş və xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə Şəxs bildiriş və icra sənədinin icra edilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq o icra sənədini icra etməmişdir. Eləcə də, Şəxs məhkəmə iclasında cərimə məbləğinin ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, MN ******* №-li İnzibati xəta haqqında protokoldan göründüyü kimi Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmiş və bununla da həmin qərar icra edilməmişdir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 529.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunaraq ona 160 saat ictimai işlər cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat ictimai işlər cəzası təyin edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-152/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-152/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver