Məhkəmə qərarları › İş №3(042)-153/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-153/2022

26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-153/2022 26.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2, zərərçəkmiş şəxslər X4 və X1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 25 may 2022-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 25 may 2022-ci il tarixdə barəsində olan araşdırma materialı ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinə dəvət edilmiş, o, polis əməkdaşları ilə mübahisə etmiş, onları nalayiq söyüşlərlə söymüşdür. O, əvvəl inzibati xəta törətmiş, onu inzibati qaydada cərimə etmişlər. O, inzibati qaydada cərimə ediləcəyi halda cəriməni ödəyə bilməyəcəkdir. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 çıxış edərək, müdafiə etdiyi şəxs barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Şəxs 25 may 2022-ci il tarixdə barəsində olan araşdırma materialı ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin o, polis əməkdaşları ilə mübahisə etmiş, onları nalayiq söyüşlərlə söymüşdür. Ona görə də Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X3 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25.05.2022-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərinə tabe olmamış və ictimai qaydanı pozmuşlar. İşdə olan inzibati tutma haqqında protokolun surətindən görünür ki, Şəxs 25 may 2022-ci il tarixdə, saat 19:47 dəqiqədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatları, təqdim olunmuş inzibati xəta materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 25 may 2022-ci il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini pozmuş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun törətdiyi inzibati xəta əməli il ərzində ikinci dəfə olmasını və işin digər hallarını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 25 may 2022-ci il, saat 1947-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar