Məhkəmə qərarları › İş №3(042)-154/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-154/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-154/2020 05.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakimMirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə , X1 Şəmkir Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından daxil olmuş şikayətə baxaraq, Müəyyən etdim: Şəmkir Rayon Polis Şöbəsi X3 barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarla inzibati tənbeh tətbiq etmiş, X1 həmin qərardan şikayət ərizəsi xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məcəllənin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Beləliklə, məhkəmə şikayət materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X1 Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından şikayət vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3(042)- 100/2020 saylı qərarı ilə Şəmkir Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarı ilə X1 şikayəti təmin edilməmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: X1 Şəmkir Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət X2 geri qaytarılsın. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar