Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-154/2022 08.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 14 avqust 2021-ci il tarixdə ərizə ilə Gədəbəy RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək saat 17 radələrində Sitarə adlı qadın tərəfindən döyülməsini göstərmiş, ərizə ilə bağlı araşdırma aparılmış və Gədəbəy rayon Polis şöbəsinin 03 dekabr 2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə, toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işi başlanması rədd edilmiş və X4 əməlində Aərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Gədəbəy RPŞ-nin İTB-nin göndərilməsi qərar alınmışdır. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X4 İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş protokola görə 300 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 RPŞ-nin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli. MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəmdə İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 14 avqust 2021 -ci il tarixdə qonşusu X6 ilə aralarında su üstündə söz mübahisəsi olmuşdur. Bundan başqa aralarında heç bir münaqişə və ya dava-dalaş olmamışdır. Buna baxmayaraq X7 14 avqust 2021-ci il tarixdə DİN-nin "102" xidməti zəng mərkəzinə məlumat verərək guya onun İradəni döydüyünü bildirmişdir. Şikayətlə bağlı araşdırma aparılmış, Gədəbəy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və bu barədə qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərarla onun barəsində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olması əsası ilə barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar Gədəbəy rayon porokuroru tərəfindən ləğv edilmiş və iş yenidən araşdırmaya göndərilmişdir. Təkrar olaraq Gədəbəy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X17 tərəfindən xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və bu barədə qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərarla onun barəsində İXM-in 157-ci maddəsinin tərkib əlamətlərinin olması əsası ilə barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin Gədəbəy RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. Buna baxmayaraq onun xəbəri olmadan və ona məlumat verilmədən barəsində inzibati xəta haqqında iş aparılmış və Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2021 -ci il tarixli. MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış, hadisə görmüş şahidlərin dairəsi müəyyən edilməmiş və iştirakı olmadan əsassız protokol tərtib edilmişdir. Həmçinin, həmin protokolun tərtib edilməsi üçün əsas olan Gədəbəy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanması rədd edilməsi barədə qərarı ləğv edilməsinə baxmayaq həmin ləğv edilmiş qərar əsasında onun barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Həmçinin sözügedən inzibati tənbeh vermə haqqında qərar ona rəsmi qaydada göndərilməmiş, qərarın və inzibati xəta haqqında protokolun surətini yalnız 22 may 2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən əldə etmişdir. Bunu nəzərə alaraq qərardan indi şikayət verməli olmuşdur. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Gədəbəy rayon Polis şöbəsinin 03 dekabr 2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, X5 14 avqust 2021-ci il tarixdə ərizə ilə Gədəbəy RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək saat 17 radələrində Sitarə adlı qadın tərəfindən döyülməsini göstərmiş, ərizə ilə bağlı araşdırma aparılmış və toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işi başlanması rədd edilmiş və X4 əməlində Aərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Gədəbəy RPŞ-nin İTB-nin göndərilməsi qərar alınmışdır. İş materiallarında olan Gədəbəy rayon Polis şöbəsinin rəisi Mehman Həşimovun xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Sitarə İmranova xx.xx.2021-ci il tarixdə həmkəndlisi X3 döyməsinə görə İXM-in 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə iclasında müəyyən edildi ki, X1 rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin 04.11..2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərarı əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Müəyyən olunmuşdur ki, təhqiqatçı X8 barəsində inzibati xəta haqqında qərar qəbul edərkən səthi araşdırma aparmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, hadisəni görmüş şahidlərin dairəsi müəyyənləşdirilməmiş və onlar dindirilməmiş, zərər çəkmiş şəxsin şikayətinin olub-olmaması aydınlaşdırılmamış, habelə inzibati tənbeh vermə barədə qərar qəbul etmək üçün əsas götürdüyü Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin 04.11..2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərarın Gədəbəy rayon Prokuroru tərəfindən ləğv edilməsi və yenidən araşdırmaya göndərilməsi halı belə nəzərə alınmamışdılr. Həmçinin, Gədəbəy rayon Polis şöbəsindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə material təqdim olunmamışdır. Məhkəmə üzərinə sübut etmə yükü düşən qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlmədiyindən və qərarın qanuniliyi sübuta yetirilmədiyindən, eləcə də X4 əməlində İXM-nin 157-ci maddəsinin tərkibinin olmasını sübut etmək üçün dəlillər təqdim edilmədiyindən, şikayətçinin gətirdiyi dəlilləri əsaslı sayır. Və hesab edir ki, X4 əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İXM-in 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Gədəbəy rayon Polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-154/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-154/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver