Məhkəmə qərarları › İş №3(042)-154/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-154/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-154/2025 20.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazı və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o ailə üzvüləri ilə birlikdə Gədəbəy rayonun Köhnəqışlaq kəndində yaşayır, maddi vəziyyəti ağır olduğundan təbi qazın pulunu ödəməkdə çətinlik çəkdiyindən, meşə ərazisində olan quru yararsız odun parçalarını toplayaraq atla həyətinə gətirir. O, yaşadığı dövürdə kənd sakinləri və meşə gözətçiləri də bilirlər ki, o, heç vaxt kök üstə yaş ağac kəsməmişdir. Həmişə quru odunları toplayaraq istifadə etməsi üçün aparmışdır. O, nə meşə idarəsinə, nədə ekologiyaya ziyan vurmamış, əksinə tullantı odun parçalarını yığaraq ərazini təmizləmişdir. xx.xx.2025-ci il tarixində o meşədən yenə də quru odun parçaları, yığıb qaydarkən meşə gözətçisi Vüqar Allahverdiyevlə qarşılaşmışdir. Meşə gözətçisi Vüqar Allahverdiyev sərxoş vəziyyətdə onun qarşısını kəsərək niyə kök üstə yaş ağacları kəsdiyini soruşmuş, o isə meşə gözətçisi Vüqar Allahverdiyevə yaş ağac kəsmədiyini və götürdüyü odunların hər birinin quru tullantı odunlar olduğunu demişdir. Meşə gözətçisi Vüqar Allahverdiyev sərxoş olduğuna görə onun dediklərinə məhəl qoymayaraq, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, yalan məlumat verməklə onun kök üstə yaş ağac kəsməsi barədə məlumat vermişdir. Həmin əraziyə polis əməkdaşları gəlmiş, onun gətirdiyi odun parçalarına baxış keçirmişlər. Polis əmkdaşları da Vüqar Allahverdiyevə odunların yaş olmadığını bildirsələr də, polis əməkdaşları ona polis şöbəsinə getməli olduqlarını demişdir. Polis şöbəsinə gətirilmiş və izahatı alınaraq buraxılmışdır. xx.xx.2025-ci il tarixində ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən 700 manat cərimə olması barədə MN ******* nömrəli qərar göndərilmişdir. Qeyd etdiyi kimi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən xəbəri olmamış və barəsində əsassız protokol tərtib edilmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. X4 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Polis Şöbəsindən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə X2 11 yanvar 2025-ci il tarixində Gədəbəy rayonun Köhnəqışlaq kəndində Azərbaycan Respublikası İXM-nin 253.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı məlumat daxil olmuşdur. Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən X4 barəsində xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuşdur. X1 bildiriş göndərərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişlər, lakin X4 idarəyə gəlməmiş, həmçinin gəlməməsinin üzrlü səbəblərini onlara bildirməmişdir. Onlar da Ə.Əliyevin iştirakı olmadan Gədəbəy rayonun Köhnəqışlaq kəndində qanunsuz ağac kəsdiyinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 700 manat məbləğində cərimə etmişlər. Odur ki, şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilərək X2 barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, İXM-in 253.1-ci maddəsinə əsasən, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X4 barəsində MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X2 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Həmçinin qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, X2 əməlini və araşdırmanın düzgün aparılmasını sübuta yetirən toplanmış materialı məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından və bunu təsdiq edən sübutlar təqdim edilmədiyindən iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X5 tərəfindən tərtib oluınmuş 26 may 2025-ci il tarixli, MN1786319 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X5 tərəfindən tərtib oluınmuş 26 may 2025-ci il tarixli, MN1786319 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar