Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-155/2024 03.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Gədəbəy rayonu, Daryurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-405/2023 saylı qətnaməsinə əsasən, Şəxs “VAZ 21070 minik” markalı, **-BJ-*** (əvvəlki qeydiyyat nişanı **-BF-***) dövlət qeydiyyat nişanlı avtomaşının dəyəri olan 4000 manat məbləğində pulun yarısı, yəni 2000 manat, kredit vasitəsi ilə alınmış “Samsung Galaxy A31” markalı telefon üçün iddiaçı tərəfindən ayrıldıqdan sonra ödənilmiş 523 manatın yarısı olan 261.5 manat alınaraq X2 ödənilməli, çəkilmiş məhkəmə xərclərinin 50 manat hissəsi Şəxs alınaraq X2 verilməlidir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-405/2023 saylı qətnaməsinə əsasən, ondan “VAZ 21070 minik” markalı, **-BJ-*** (əvvəlki qeydiyyat nişanı **-BF-***) dövlət qeydiyyat nişanlı avtomaşının dəyəri olan 4000 manat məbləğində pulun yarısı, yəni 2000 manat, kredit vasitəsi ilə alınmış “Samsung Galaxy A31” markalı telefon üçün iddiaçı tərəfindən ayrıldıqdan sonra ödənilmiş 523 manatın yarısı olan 261.5 manat alınaraq X2 ödənilməli, çəkilmiş məhkəmə xərclərinin 50 manat hissəsi ondan alınaraq X2 verilməlidir. O, vərəm xəstəsidir. O, bu ay borcundan 1000 manat ödəniş etmişdir. Fəhləliklə məşğul olur və gündəlik 10-25 manat qazanır. İcra sənədini icra etməkdən boyun qaçırmır. Yenə icra sənədi üzrə ödənişlər edəcəkdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-405/2023 saylı qətnaməsinə əsasən, Şəxs “VAZ 21070 minik” markalı, **- BJ-*** (əvvəlki qeydiyyat nişanı **-BF-***) dövlət qeydiyyat nişanlı avtomaşının dəyəri olan 4000 manat məbləğində pulun yarısı, yəni 2000 manat, kredit vasitəsi ilə alınmış “Samsung Galaxy A31” markalı telefon üçün iddiaçı tərəfindən ayrıldıqdan sonra ödənilmiş 523 manatın yarısı olan 261.5 manat alınaraq X2 ödənilməli, çəkilmiş məhkəmə xərclərinin 50 manat hissəsi Şəxs alınaraq X2 verilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu aliment borcundan ödənişlər etmiş, lakin borcunu tam ödəməmişdir. Ona görə də, borcunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-405/2023 saylı qətnaməsinə əsasən, Şəxs “VAZ 21070 minik” markalı, **- BJ-*** (əvvəlki qeydiyyat nişanı **-BF-***) dövlət qeydiyyat nişanlı avtomaşının dəyəri olan 4000 manat məbləğində pulun yarısı, yəni 2000 manat, kredit vasitəsi ilə alınmış “Samsung Galaxy A31” markalı telefon üçün iddiaçı tərəfindən ayrıldıqdan sonra ödənilmiş 523 manatın yarısı olan 261.5 manat alınaraq ona ödənilməli, çəkilmiş məhkəmə xərclərinin 50 manat hissəsi Şəxs alınaraq ona verilməlidir. Borclu icra sənədini icra etmir. Borclu bir dəfə buna görə inzibati qaydada həbs edilmişdir Bundan sonra icra sənədi üzrə az-az ödənişlər etmişdir. Borclu fəhləliklə məşğul olur və 4 evi var. Borclunun həbs edilməsində maraqlı deyil. Borclunun icra sənədi üzrə ona olan borcunun ödənilməsini istəyir. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub-olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu icra sənədi üzrə borcundan ödənişlər etmişdir və yenə borcundan ödənişlər edəcəyinə söz verir. Bu hallar isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-155/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-155/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver