Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-156/2024 01.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Baş X9 İdarəsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Baş X9 İdarəsini tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 353.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ polis polkovniki X5 21 may 2024-cü il tarixli TP ******* saylı qərarı ilə o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan əməldə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Qərar qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. Ona görə də ləğv edilməlidir və inzibati iş üzrə icraata xitam verilməlidir. Qərarda və ona əlavə edilmiş inzibati protokolda göstərilir ki, o xx.xx.2024-cü il tarixdə, saat 12:28-də Bak-Qazax yolu 47.5-ci km ərazisində Kamaz 5320 yük markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş izibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərar qəbul edilən zaman aşağıdakı qanunsuzluqlara yol verilmişdir. Belə ki, hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tərkibi yoxdur. Çünki həmin maddədə göstərilmişdir ki, iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilir. O, isə özünə məxsus Kamaz markalı 5320 Yük markalı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə paramentlərini aşmaqla ümumi istifadədə olan, yəni yuxarıda qeyd olunan avtomobil yollarında idarə etməmişdir. Belə ki, Vİ Tağın baş Yol Patrul Xidməti baş inspektoru polis baş leytenantı X1 onun haqqında inzibati protokol tərtib edərkən məqsədli şəkildə idarə etdiyi, özünə məxsus olan Kamaz markalı, 20CA217 nömrəli avtomaşının qoşqusuda olan 57ZA123 dövlət nömrə nişanlı qoşqunu qeyd etməmişdir. Çünki, avtomaşına və qoşqusuna ümumilikdə 41 tona qədər yükün daşınmasına icazə verilir. Baş inspektor Şıxıyev avtomaşında və onun qoşqusunda olan yükü birgə çəkdirdiyi tərəzi yükün ümumi çəkisini 43 ton 100 kq göstərmişdir. Həmin tərəzinin düzgün çəkməməsidən şübhələnmişdir. Ona görə ki, eyni növdə və eyni həcmdə mişar daşını yığıb apararkən çəkildikdə yükün həcmi ən çox 39 ton 500 kq olmuşdur. Ona görə də o baş inspektor Şıxıyevə tərəzinin düzgün çəkməməsini bildirərək nəzarət qaydasında başqa tərəzidə çəkdirməsini xahiş etmişdir. O, isə bundan imtina etmişdir. Ona görə də tam əmin olmağı üçün hərəkətini davam etdirərək yol kənarında olan tərəzidə vidio şəkiliş aparmaqla idarə etdiyi avtomaşında və qoşqusunda olan yükü çəkdirmiş, ümumi çəkisi 40 ton 800 kq olmuşdur. Burada o tam əmin olmuşdur ki, onun haqqında əsassız olaraq yuxarıda qeyd etdiyi inzibati protokolu yazılmışdır. Ona görə də həmin protokolun əsasında 600 manat məbləqdə cərimə edilməsi barədə qərarın ləğv edilməsinə və inzibati iş üzrə icrata xitam verilməsinə dair qərar çıxarılması üçün məhkəməyə şikayət verməli olmuşdur. X4 şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmişlər, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Baş X9 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 353.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 600 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -inzibati məsuliyyət müəyyən edilmşdir. Qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası Baş X9 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də, qanunla icazə verilmiş çəkidə yük avtomobilini idarə etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilmədi. Həmçinin qərardan şikayət vermiş şəxs, polis əməkdaşları tərəfindən onun idarə etdiyi yük avtomobili çəkilən zaman avtomobilin yükünün icazə verilən çəkidən yüksək gəlməsini mübahisələndirməmiş, çəkini ölçən cihazın düzgün ölçməməsini iddia etmişdir. Onun bu aqrumentini əsaslandıra bilən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş audio-video çəkilişə münasibət bildirərək qeyd edir ki, həmin çəkilişin inzibati xətanın baş verdiyi vaxta aid olması və həmin vido çəkilişdə nəqliyyat vasitəsinin içərisindəki yükün dəyişibdəyiməməsi, yükü çəkən tərəzinin kimə məxsusluğu, qanuni fəaliyyət göstərməsi görnümür. Məhkəmə hesab edir ki, şikayətçinin göstərdiyi xüsusatların həqiqiliyinin müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş X9 İdarəsini tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X2 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Baş X9 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Baş X9 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-156/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-156/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver