Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-156/2025 23.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə X2 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28236874 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli EQ 28236874 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslanırmışdır ki, o, Gədəbəy şəhəri, Zərdabi küç ev 44 yaşayır, onun oğlu X5, Azərbaycanın Bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Suqovuşan ərazisində qəhramancasına şəhid olmuşdur. O, şəhid atası olmağına baxmayaraq, xx.xx.2025-ci il tarixdə ona Azərbaycan Respublikası İXM-nin 346.4-cü madəsi ilə elektron qərar tərtib edilmişdir. O, 2024-cü ilin noyabr ayında Bakı şəhərində yerləşən “Azərmaş” adlı Şirkətdən **-PS-*** dövlət qeydiyyat nömrəli “Şevrolet Ravon” markalı avtomaşını icarəyə götürmüşdur. Həmin şirkətin maşınını iki ay işlətdikdən sonra xx.xx.2025-ci il tarixdə təhvil vermişdir.Təhvil verilərkən müqavilənin ləğv edilməsini xahiş etmişdir. Ona müqavilənin ləğv edildiyini bildirmişlər.Həmin tarixdən sonra o, Bakı şəhərinə getməmiş, həmin maşını idarə etməmişdir. O, Gədəbəyə gəldikdən sonra həmin avtomaşını başqa şəxsə verilmişdir. Həmin şəxs qayda pozuntuları etdiyi üçün cərimələr də onun adina gəlmişdir. xx.xx.2025-ci il tarixində oan məlum olmuş ki, onun sürücülük vəsiqəsinə yazılmış ballar nəticəsində sürücülkü hüququ məhdudlaşdırılmışdır. O, ** DA *** dövlət qeydiyyat nömrəli X9 markalı avtomobili idarə edərkən onun barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin çıxardığı inzibati tənbeh verilmə haqqında xx.xx.2025-ci il tarixli EQ 28236874 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən 400 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan Arayışdan görünür ki, X2 övladı xx.xx.2000-ci il təvəllüdlü əsgər X5 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X4 barəsində 29 may 2025-ci il tarixdə çıxarılmış qərar əsassızdır. Ona görə də şikayət təmin edilməli, qərar ləğv edilməli və X4 inzibati msuliyyətdən azad edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, tətbiq edilmiş maddənin sanksiyasında şəksən manat məbləğində cərimə nəzərədə tutulduğu halda, o, 400 manat miqdarında cərimə edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28236874 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin və X4 inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-156/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-156/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver