Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-157/2020 08.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1, Hacıyev Orxan Köçəri oğlunun və X4 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2020-cu il tarixdə polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə qonşuluğunda yaşayan X5 ilə aralarında olan torpaq mübahisəsi zamanı X5 DİN 102 xidmətinə zəng etmiş, bu zaman polis əməkdaşları hadisə yerinə gəlmişdir. Həmin vaxt o, ünvansız söyüşlər söymüşdür. Lakin polis əməkdaşlarının tələblərin tabe olmuşdur. O, əvvəllər qəsdən cinayət törətməyə görə dəfələrlə Azərbycan Respublikası CM-nin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda çəkilməmiş cəzası var və barəsində başqa bir cinayət işinə məhkəmədə baxılır. Ona görə də, qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə X2 DİN-in 102 xidməti zəng mərkəzinə qonşusu Orxanın onun yaşadığı evin kilidini sındırıb evə daxil olması, sonuncunu tutub saxlaması barədə verdiyi məlumatla bağlı sürücü polis serjantı Samir Məmmədovla və polis nəfəri Orxan Hacıyevlə birlikdə göstərilən ünvana, Şahdağ kəndinə getmişlər. Orada Şəxs içkili vəziyyətdə qonşusu Fazil Quliyevlə mübahisələrinin olduğunu, hətta X8 ünvanına nalayiq söyüşlər söydüyünü görmüş, Şəxs sakitləşdirməyə çalışmışlar. Şəxs bu zaman nalayiq söyüşlər söymüşdür. Bundan sonra Şəxs Yeni Saratovka PB-nin inzibati binasına gətirmişlər. Həmçinin onu sakitləşdirmək istəyərkən onların tələblərinə tabe olmamış, polis əməkdaşlarının iş rejimini pozmuşdur. Ona görə də onun barəsində qanuni tədbir xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Hacıyev Orxan Köçəri oğlunun və X6 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə ictimai qaydanın mühafizəsi ilə əlaqədar polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan sərxoşluğun müayinəsi haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İşdə olan inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:55-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardandır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını və təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin Yeni Saratovka Bölməsinin əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, ucadan nalayiq söyüşlər söymüş, polis bölməsinin iş rejimini pozmuş, polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məhkumluğunu və hazırda çəkilməmiş cəzasının olduğunu, bu əməli sərxoş vəziyyətdə törətməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 1955-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-157/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-157/2020
08.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver