Məhkəmə qərarları › İş №3(042)-158/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-158/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-158/2021 22.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, X19 oğlunun Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, TP ******* nömrəli qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X19 oğlu Gəncə Şəhər Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və Gəncə şəhər DYPŞ Yol Patrul xidmətinin inspektoru polis serjantı X9 barəsində təqdimat çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanuni nümayəndəsi olduğu oğlu 30.09.2005ci il təvəllüdlü X1 rayon Polis şöbəsinin DYPB-nin rəisi X7 24.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. X10 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas kimi Gəncə şəhər DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X9 tərtib etdiyi 12.05.2021 -ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol olmuşdur. Gəncə şəhər DYPŞ Yol patrul xidmətinin inspektoru, X16 onun 15 yaşlı azyaşlı uşağına əsassız cərimə yazmışdır. Ona görə də həmin şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İşdə olan Gəncə Şəhər Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, TP ******* nömrəli qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 100 manat miqdarında inzibati cərimə cəzası tətbiq edilmişdir. İşdə olan X4 surətindən görünür ki, X11 30.09.2005-ci il tarixdə doğulmuş, atası qrafasında X13 qeyd edilmişdir Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Məcəllənin 119.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verir. Məcəllənin 119.2-ci maddəsinə əsasən Təqdimatın alındığı gündən bir ay ərzində həmin müəssisələr, idarələr, təşkilatlar, habelə vəzifəli şəxslər təqdimat vermiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludurlar. Beləliklə, X19 oğlu Gədəbəy Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X7 inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X10 16 yaşına çatmamış şəxs olduğundan o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Ona görə də X10 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməli, protokol tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis serjantı X9 və Gədəbəy Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X14 tərəfindən yol verilmiş nöqsanların aradan qaldırılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinə və Gədəbəy Rayon Polis Şöbəsinə təqdimatla müraciət edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X7 inzibati tənbeh verilmə haqqında 24.05.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Gəncə şəhər DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X16 tərəfindən yol verilmiş nöqsanın araşdırılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinə təqdimat verilsin. Gədəbəy Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X14 tərəfindən yol verilmiş nöqsanın araşdırılması üçün Gədəbəy Rayon Polis Şöbəsinə təqdimat verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar