Məhkəmə qərarları › İş №3(042)-159/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-159/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-159/2020 20.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində doğulmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, Gədəbəy rayonunun Miskinli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilməmiş, izahat verərək bildirmişdir ki, xx.xx.2020-cu il tarixdə Plankənd kəndinin mərkəzində yerləşən çayxanada X2 və X5 ilə qonaqlıqdan kart oynamışdır. Bu zaman ortada pul olmamışdır. Həmin vaxt polis əməkdaşları gələrək onları qumar oynadıqlarına görə polis şöbəsinə gətirmişlər. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, xx.xx.2020-cu il tarixdə Plankənd kəndinin mərkəzində yerləşən çayxanada sərxoş vəziyyətdə Şəxs və X5 ilə qonaqlıqdan kart oynamışdır. Bu zaman ortada pul olmamışdır. Həmin vaxt polis əməkdaşları gələrək onları qumar oynadıqlarına görə polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, xx.xx.2020-cu il tarixdə Plankənd kəndinin mərkəzində yerləşən çayxanada Cəfərov İvan ilə birlikdə olmuş, lakin həmin vaxt o, heç kimlə kart oynamamışdır. Lakin qonşu stolun arxasında Elgün Bayram və Mehdi kart oynamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Rəsul Binnət oğlu ilə eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında xx xxxxxx 2020-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs digər şəxslərlə qumar oynamış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Şəxs xx.xx.2020-cu il tarixdə Plankənd kəndinin mərkəzində yerləşən çayxanada X2 və X5 ilə qumar oynamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinməli, oyun ləvazimatı və qumara qoyulmuş pul vəsaitləri müsadirə edilməklə ona 400 manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-35-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinsin, ona oyun ləvazimatı və qumara qoyulmuş pul vəsaitləri müsadirə edilməklə 500 manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar