Məhkəmə qərarları › İş №3(042)-161/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-161/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-161/2022 04.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 və İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 X12 İdarəsi etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1992-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə X10 X12 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən “Günay qadın salonu” obyekti üzərində sahibkar X11 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktını müəyyən etmişdir. X10 X12 İdarəsi tərəfindən X6 İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 31 may 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2021-ci ildə reklam agentliyinin əməkdaşları gəlmiş və ondan vöen tələb etmiş, o isə “Whatsap” proqramı vasitəsi ilə vöenin şəklini onlara göndərmişdir. Həmçinin keçən il reklam agentliyinin əməkdaşlarına reklamla bağlı ödəniş etmişdir. Bununla bağlı ona heç bir qəbz verilməmişdir. O, ödənişlə bağlı qəbzləri reklam agentliyindən tələb etdikdən sonra, onun barəsində protokol tərtib etmişlər. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 X12 İdarəsi etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X10 X12 İdarəsində mütəxəssis vəzifəsində işləyir. ünvan 2 ünvanında yerləşən “Günay qadın salonu” obyekti üzərində sahibkar X11 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktını müəyyən etmişdir. Bu barədə akt tərtib edilmiş və X8 açıq məkanda reklam yayımı ilə bağlı “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş də verilmişdir. X11 2021-ci ildə iki ay icazə almış və ödəniş etmiş, daha sonra icazəsinin müddəti bitmiş, lakin, yenidən icazə üçün müraciət etməmişdir. Ona görə də, X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, X11 barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan 31 may 2022-ci il tarixdə X10 X12 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, X2 şəhəri, S.Vurğun küçəsi xx.xx.2022-ci il tarixdə, saat 11:00-da müvafiq icazə almadan, həmçinin onun tələblərinin pozmaqla açıq məkandan reklam yerləşdirmişdir. İnzibati xəta üzrə iş materiallarında olan 25 aprel 2022-ci il tarixdə tərtib edilmiş, 245 nömrəli aktdan görünür ki, X2 şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən obyektinin “fasad” hissəsinə 6.30 kv.m ölçüdə, “vitrin” hissəsinə isə 8.00 kv.m ölçüdə reklam yayımlamışdır. İnzibati xəta üzrə iş materiallarında olan foto şəkildən görünür ki, “Günay qadın salonu” obyektinin üzərində reklamlar yayımlanmışdır. Məhkəməyə təqdim edilmiş sübutlarla və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları Gədəbəy şəhəri, Səməd Vurğun küçəsi ünvanında yerləşən “Günay qadın salonu” obyekti üzərində sahibkar X11 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktını müəyyən etmişdir. Reklam agentliyinin əməkdaşları tərəfindən bu barədə akt tərtib edilmiş və X8 açıq məkanda reklam yayımı ilə bağlı “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş də verilmişdir. X11 icazəsinin olması barədə izahat versə də, bunu təsdiq edən heç bir sübut məhkəmə təqdim edə bilmədi. Beləliklə, məhkəmə hesab edir ki, X6 əməli İXM-nin 428.7.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7 və 428.7.1-ci maddələrinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar