Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-161/2025 30.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə materiala baxaraq, müəyyən etdi: Samux Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 342.1.7-ci və 339.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, ona 50 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Ona tərtib edilmiş protokol və qəbul edilmiş qərar üzrə təyin edilmiş cəriməni vaxtında ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Şəxs qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində ödəmədiyindən onun barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənəddən görünür ki, Şəxs törətdiyi inzibati xətaya görə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orda saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə də, məhkəmə qərar qəbul edənədək törədiyi əmələ görə ona təyin edilən cəriməni ödədiyindən başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 11, 40, 43, 48-51, 61, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-161/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-161/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver