Məhkəmə qərarları › İş №3(042)-163/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-163/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-163/2022 20.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 rəisi X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2017-ci il tarixli, 000074 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 rəisi X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2017ci il tarixli, 000074 saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 rəisi X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2017-ci il tarixli, 000074 saylı qərarı ilə Azərbaycan Respubklikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 3500 manat inzibati qaydada cərimə edilmişdir. Həmin vaxt o, direktor vəzifəsini icra etmişdir. X1 mövsümü əmək müqaviləsinə xitam verilmiş, o, faktiki olaraq, onun rəhbərliyi altında işləməmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 əməkdaşları onun xidməti yerinə gəlmiş və X1 işə götürmə əmri olmadan işlədiyini bildirmişdir. Lakin o, X3 işçi kimi tanımamış, ona əsassız inzibati xəta haqqında protokol yazmışlar. Yazılmış qərarın surəti ona göndərilməmiş, qərardan xəbəri olmamış, yalnız icra məmurunun çağırışları zamanı ona cərimə yazılmasından xəbəri olmuşdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını, işdə olan sənədləri əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 rəisi X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2017-ci il tarixli, 000074 saylı qərarının surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 rəisi X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2017-ci il tarixli, 000074 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X5 təqsiri barədə müfəttişlik tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, X9 inzibati xətanın aşkar edildiyi zaman direktor vəzifəsini icra etmişdir. Onun direktor vəzifəsini icra etdiyi vaxtdan əvvəl X1 mövsümü əmək müqaviləsinə xitam verilmiş, onun faktiki olaraq, işləməsi halı sübut edilməmişdir. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 rəisi X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2017-ci il tarixli, 000074 saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 20 Saylı Region üzrə X4 rəisi X2 inzibati tənbeh verilmə haqqında xx.xx.2017-ci il tarixli, 000074 saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar