Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-163/2024 06.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, Rüstəm Əliyev (indiki Miskinli) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 428.7.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında materiallardan görünür ki, Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Baytarlıq apteki” üzrə Azərbaycan Respublikası X3 X6 İdarəsi tərəfindən Şəxs ünvanlanmış açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi vaxtında və tam yerinə yetirməməsinə görə Azərbaycan Respublikası X3 X6 İdarəsi Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edərək toplanmış materialla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 428.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon məhkəmələri baxır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(042)-163/2024 saylı qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarından X3 X6 İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(104)-414/2024 saylı qərarı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2024cü il tarixli qərarından X3 X6 İdarəsinin tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 3(042)-163/2024 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alımışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy şəhəri, S.Vurğun küçəsində baytarlıq apteki işlədir. 2023cü ilin sentyabr ayında reklam agentliyindən gəlmişlər və reklama görə pul ödəməli olduğunu bildirmişlər və o həmin zaman reklama görə 6 ay müddətində hər ay 25 manat ödəniş etmiş, lakin daha sonra bundan imtina etmişdir. Bundan sonra reklam agentliyindən yenə gəlmişlər. O, isə reklam istəmədiyini və sökmələrini bildirmişdir. Bundan sonra isə onun barəsində protokol tərtib edilmişdir. Ona hər hansı yazılı göstəriş təqdim edilməmişdir. Özünü təqsirli bilmir. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası X3 X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, qanunvericiliyə əsasən 1 kv.m-dək ölçüdə reklamın yayınlanması üçün ödəniş tələb edilmir. Lakin Şəxs fəaliyyət göstərdiyi obyektə yayımlanan reklamın ölçüsü 1 kv.m-dən çoxdur. Şəxs 2023-cü ilin sentyabr ayında X6 idarəsinə ərizə ilə müraciət edərək 2024-cü ilin yanvar ayınadək reklam yayınlanması üçün icazə istəmiş və ödəniş etmişdir. 2024-cü ilin yanvar ayından sonra isə Şəxs reklam yayınlanması üçün müraciət etməmişdir. Onlar həmin obyektə baxış keçirmiş və Şəxs icazə almadan reklam yayınladığı müəyyən edilmişdir. X6 idarəsi tərəfindən Şəxs 18 aprel 2024-cü il tarixdə göstəriş ünvanlanmaqla “Baytarlıq apteki” adlı obyektdə açıq məkanda yayımlanan reklamların yayımının dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətindən X6 İdarəsinə müraciət etməsi bildirilmişdir. Lakin Şəxs tərəfindən yayımın dayandırılması və icazənin alınması üçün heç bir hərəkət edilməmişdir. Həmçinin Şəxs inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi barədə məktub göndərilmiş, lakin Şəxs protokolun tərtib edilməsində iştirak etməmişdir. Yazılı göstərişin Şəxs çatmasını təsdiq edə xəbərnamə iş materialına əlavə edilmişdir. Göstərişin tələblərinə əməl edilməmişdir. Odur ki, Şəxs İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Beləliklə, məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, inzibati xəta haqqında işdə iştirak edən şəxsləri dinləyib, belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-nin 428.7.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, inzibati xəta üzrə iş materiallarında olan 31 may 2024-cü il tarixdə X3 X6 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş vaxtında və tam yerinə yetirilmədiyinə görə Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Baytarlıq apteki” adlı obyektin sahibkarı Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması faktı müəyyən edilmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası X3 X6 İdarəsi tərəfindən Şəxs ünvanlanmış 18 aprel 2024-cü il tarixli yazılı göstərişdən görünür ki, Şəxs Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Baytarlıq apteki” adlı obyektdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazə alınması üçün 5 gün müddətində Azərbaycan Respublikası X3 X6 İdarəsinə müraciət edilməsi tələb olunmuş, əks təqdirdə Şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah olunmuşdur. Yazılı göstəriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada Şəxs tərəfindən qəbul edilmişdir. İnzibati xəta haqqında materialda olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən reklam yayının həyata keçirilməsi ilə bağlı qanunvericliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Şəxs yazılı göstəriş verilsə də, göstərişin tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115, 117 və 128-130-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-163/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-163/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver