Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-164/2024 11.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-111/2024 saylı icra sənədinə əsasən, Şəxs 3374 manat borc və ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun məbləği olan 50 manat, cəmi 3424 manat alınaraq X1 verilməlidir. İcra sənədi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 8(042)-61/2024 saylı qərardadı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-111/2024 saylı icra sənədinin icrası məqsədi ilə Borclu Şəxs mülkiyyətində olan Gədəbəy rayonunun Moruxlu kəndində yerləşən torpaq sahələrinin üzərinə həbs qoyulması qərara alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədinin icrası məqsədi ilə borcluya məxsus əmlakların üzərinə qoyulmuş həbsin icrası vəziyyəti, üzərinə həbs qoyulmuş əmlakın açıq hərraca çıxarılması və borc məbləğinə yönəldilibyönəldilməməsi barədə materiala heç bir sənəd əlavə olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış inzibati xəta haqqında materialı natamam olduğundan Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-164/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-164/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver