Məhkəmə qərarları › İş №3(042)-167/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-167/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-167/2020 24.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlu, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, şikayəti vermiş X8 və X2 Tovuz Regional Bölməsinin nümayəndəsi X4 iştirakı ilə X2 Tovuz Regional Bölməsinin inzibati tənbeh verilmə haqqında xx xxxx 2020-ci il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş X5 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 X2 Tovuz Regional Bölməsinin xx xxxx 2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarının ləğv edilməsi və barəsində olan cərimədən azad edilməsi haqqında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X8 şikayətini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Zəhmət kəndində yerləşən “Qorxmaz” kafesini xx xxx 2020-ci il tarixdən etibarən icarəyə götürmüş və əhaliyə xidmətlər göstərmişdir. Lakin kafedə sanitariya-gigiyena vəziyyəti qənaətbəxş olmadığı üçün kafeni təhvil vermək istəmişdir. Lakin X2 Tovuz Regional Bölməsinin əməkdaşları xx xxxx 2020-ci il tarixdə kafedə baxış keçirərək, protokol tərtib etmiş və xx xxxx 2020-ci il tarixdə o, Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə əsasən 400 manat cərimə edilmişdir. Halbuki, həmin vaxt kafeni artıq işlətmirdi. Ona görə də o, həmin qərarın ləğv edilərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 Tovuz Regional Bölməsinin nümayəndəsi X7 şikayətə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, X8 özü etiraf edir ki, xx xxx 2020-ci il tarixdən etibarən Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən “Qorxmaz” kafesini işlətmişdir. Kafeyə baxış keçirilən xx xxxx 2020-ci il tarixdə də kafe fəaliyyət göstərmişdir. Bu hal baxış zamanı kafenin otaqları və soyuducuda aşkar edilmiş qida məhsulları və hazır yeməklərin olması ilə təsdiq edilir. Baxış zamanı kafedə sanitariya və gigiyena, eləcə də karantin rejimi qaydalarının kobud pozulması halları açkar edilmiş və müvafiq protokol tərtib edilmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan inzibati xəta haqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Gədəbəy rayonu, Zəhmət kəndində yerləşən “Qorxmaz” kafesində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi aşkar edilmişdir. İşdə olan X5 inzibati araşdırma zamanı verilmiş izahatından görünür ki, o, törətdiyi xətanı etiraf etmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonu, Zəhmət kəndində yerləşən “Qorxmaz” kafesində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar Azəbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinə əsasən 400 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 447.0. və 447.0.3-cü maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanıl müəyyən edilmişdir ki, X8 xx xxx 2020-ci il tarixdə xx xxxx 2020-ci il tarixə qədər icarəyə götürdüyü Gədəbəöy rayonu, Zəhmət kəndində yerləşən “Qorxmaz” kafesini işlətmiş və bu zaman Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Ona görə də, şikayət təmin edilməməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar