Məhkəmə qərarları › İş №3(042)-167/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-167/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-167/2024 13.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs,müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1, X5, X2 və X3 iştirakları ilə xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 12 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Onun evinin yaxınlığında olan ağacın kəsilməsi ilə əlaqədar bələdiyyə sədri, icra nümayəndəsi ilə mübahisəsi yaranmışdır. O, Əməlindən peşmandır. Hamıdan üzr istəyir. Ona görə də barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən peşmandır. Ona görə də, onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahat verərək, bildirmişdir ki, o, bələdiyyə sədridir. Böyük Qaramurad kənd sakini həyətinə gedən yolun bir hissəsini tutmuş ağacın budanması xahişi ilə bələdiyyəyə müraciət etmişdir. Bununla əlaqədar bələdiyyə 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmiş, İdarə əməkdaşları baxış keçirmiş və ağacın budanması barədə rəy vermişlər. 23 may 2024-cü il tarixdə İdarənin nümayəndəsi, kənd icra nümayəndəsi və polis əməkdaşları ilə birlikdə ağacın budanmasını təmin etmək üşün həmin yerə gəlmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onları nalyiq söyüşlərlə söymüş, ailə üzvlərini, o cümlədən, gözdən qüsurlu anasını gətirərərk, işin aparılmasına maneçelik törətmişdir. O, qaydanı mühafizə edən polis əməkdaşına daşlar atmış və onun tələblərinə tabe olmamışdır. Bundan sonra isə onu ölümlə hədələmiş, həmin gündən dəfələrlə ona zənglər edərək onu öldürəcəyini bildirmişdir. O, bu barədə polis şöbəsinə şikayət ərizəsi ilə müraciə etmiş, onun ərizəsi ilə əlaqədar araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında ən ağır tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 və X7 eyniməzmunlu izahatlar vermişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş X10 izahat verərək, bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dövlət orqanlarının əməkdaşları tərəfindən özü vəzifələrini yerinə yetirməyə mane olmuş, onları nalayiq söyüşlər söymüş, o, qaydanı təmin etmək istəyərkən isə onu da söymüş, ailə üzvlərini, o cümlədən gözdən əlil anasını gətirərək münaqişə yaratmış, ona daşlar atmışdır. O, araşdırma ilə əlaqədar izahat verməsi üçün polis şöbəsinə çağırılsa da, gəlməmiş, araşdırmadan yayınmış, 12 iyun 2024-cü il tarixdə sərxoş vəziyyətdə şöbəyə gəlmiş və ictimai qaydanı bir daha pozmuşdur. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, X8 barəsində xx.xx.2024-cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan sənəddən görünür ki, Şəxs 12 iyun 2024-cü il tarixdə sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 23 may 2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 13 iyun 2024-ci il tarix, saat 1230-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar