Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-167/2025 17.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun müdfiəçisi X2, zərərçəkmiş şəxslər X5,X3 və X4 iştirakları ilə xx.xx.2005-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, işsiz, əvvəllər məhkum edilmiş, Gədəbəy rayonu, Nova- Saratovka kənd sakini Şəxs barəsində Gədəbəy RPŞ-nin X9 Bölməsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 14 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Novo-Saratovka kəndində yaşayır.O, 10 iyun 2025-ci il tarixdə Gədəbəy rayonu, Novo-Saratovka kəndində sərxoş vəziyətdə mərkəzdə xidmət aparan polis əməkdaşları ilə mübahisə etmiş və nalayiq söyüşlər söymüşdür. O, əvvəllər oğurluq etdiyinə görə məhkum edilmiş, ona cərimə cəzası təyin edilmiş, cəriməni bu vaxta qədər ödəməmişdir. O, polis əməkdaşlarından üzr istəyir,əməlindən peşmandır. Ona görə də barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X3 izahat verərək, bildirmişdir ki, 14 iyun 2025-ci il tarixdə, saat 17-00 radələrində polis əməkdaşları X6 və X5 ilə Gədəbəy rayonu, Nova-Saratovka kəndində xidmətdə olmuşlar. Həmin vaxt Gədəbəy rayonu, Nova- Saratovka kənd sakini Şəxs sərxoş halda kəndin mərkəzində uca səslə nalayiq söyüşlər söydüyünü görmüşlər. Onu intizama dəvət etsələr də, o, tabe olmamış, onları da nalayiq söyüşlərlə söymüşdür. Onu polis bölməsinə gətirmiş, Şəxs bölmənin inzibati binasında özünü yerə yıxaraq, özünə xəsarət yetirməyə çalışmışdır. Ona görə də onun barəsində həbs tənbehinin təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X5 və X6 eyniməzmunlu izahatlar vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2025ci il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan sənəddən görünür ki, Şəxs 14 iyun 2025-ci il tarixdə sərxoşluq müəyyən edilmişdir. İşdə olan tutulma protokolundan görünür ki, Şəxs 14 iyun 2025-ci il tarixdə sat 18-45 dəqiqədə tutulmuşdur. İşdə olan sənəddən görünür ki, Şəxs Gədəbəy Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə məhkum edilmiş, ona 400 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 14 iyun 2025-ci il tarixdə saat 18-45 dəqiqə radələrində Gədəbəy rayonu, Nova-Saratovka kəndində sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmuş, ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, ona təyin edilmiş cərimə cəzasını icra etməməsini, onun bu əməlləri sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 14 iyun 2025-ci il tarix, saat 18-45 dəqiqədən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-167/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-167/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver