Məhkəmə qərarları › İş №3(042)-168/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-168/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-168/2020 14.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə , X2 Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2018-ci il tarixli, MN ******* saylı qərarından daxil olmuş şikayətə baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Polis Şöbəsi X4 barəsində xx.xx.2018-ci il tarixli, MN ******* saylı qərarla inzibati tənbeh tətbiq etmiş, X2 həmin qərardan şikayət ərizəsi xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, məhkəmə şikayət materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X1 Rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından şikayət vermək üçün müəyyən edilmiş prosessual müddəti ötürmüş, prosessual müddətin bərpa edilməsi haqqında vəsatət təqdim etməmişdir. Ona görə də X2 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109-cu maddəsini rəhbər tutaraq , QƏRARA ALDİM: X2 Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət X3 geri qaytarılsın. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar