Məhkəmə qərarları › İş №3(042)-168/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-168/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-168/2024 20.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X1 və X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr məhkum olunmuş, İİ qrup əlil, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yaşayır. 2-ci qrup əlildir. Əlilliyinə görə artımla birlikdə 335 manat pensiya alır. xx.xx.2024-cü il tarixdə dərman vasitəsi qəbul etmiş və spirtli içki qəbul etmişdir. Sərxoş vəziyyətdə olduğuna görə yadında heçnə qalmamışdır. Əməlindən peşmandır. Polis əməkdaşlarından üzr istəyir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbsə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. O, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən Şəxs atası Fəxrəddin İbrahimov DİN-nin 102 xidmətinə zəng edərək Şəxs yaşadıqları evdə münaqişə yaratdığını bildirmişdir. Onlar bununla bağlı Şəxs yaşadığı evə gəlmişlər. Həmin vaxt Şəxs sərxoş vəziyyətdə atasına nalayiq ifadələr işlədərək yaşadıqları evin aşağısında yerləşən obyektə getməsini görmüşlər. Onlar Şəxs atası Fəxrəddin İbrahimovdan şikayəti ilə bağlı ərizə almış, daha sonra Şəxs olduğu obyektə gəlmişlər. Həmin zaman da Şəxs spirtli içki qəbul etməsini görmüşlər. Onlar Şəxs Gədəbəy rayon Polis şöbəsinə gətirib sərxoşluq müayinəsindən keçirmişlər və sərxoş olması müəyyən edilmişdir. Şəxs izahatı alınaraq, iltizama imza etdirilməklə polis şöbəsindən buraxılmışdır. Lakin həmin gün Şəxs atası və anası DİN-nin 102 xidmətinə zəng edərək Şəxs yenidən yaşadıqları evdə münaqişə yaratdığını bildirmişlər. Həmçinin Şəxs özü də DİN-nin 102 xidmətinə zəng edərək operatorları təhqir etmişdir. Bundan sonra onlar yenidən Şəxs yaşadığı evə gəlmişlər. Şəxs ata və anasını nalayiq ifadələrlə təhqir etdiyini görmüşlər, onlar Şəxs yaxınlaşan zaman onları da nalayiq ifadələrlə təhqir etmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs Gədəbəy RPŞ-nin inzibati binasında da səs-küy salmış və nalayiq ifadələr işlətmişdir. Şəxs dəfələrlə bu cür hərəkətlərə yol vermişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ilə eyni məzmulu izahat verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan alkotestrlə yoxlamanın nəticəsinə dair vərəqdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:51 radələrində sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində və Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqla zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, şahidi və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, İİ qrup əlil olmasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 200 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar