Məhkəmə qərarları › İş №3(042)-169/2022

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-169/2022

15.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-169/2022 15.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmişlər X1 və X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Rusiya Federasiyasının Rostov vilayətində doğulmuş, Gədəbəy rayonunun Leşkər kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində sərxoş vəziyyətdə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı hörmətsizlik etmiş, onları nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra onu Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişlər. O, sərxoş olduğundan nalayiq hərəkətləri davam etdirmişdir. Etdiyi əməldən peşman olmuşdur. Ona görə də, yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, barəsində iş üzrə icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən kafelərdən birində nalayiq söyüşlər söymüş, bu zaman o və digər polis əməkdaşları hadisə baş verdiyi əraziyə gəlmiş, Şəxs nizam intizama dəvət etsələr də o, sərxoş olduğundan onları söymüşdür. Bundan sonra onu Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişlər. O, sərxoş olduğundan nalayiq hərəkətləri davam etdirmiş, polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, səs-küy salmış, şöbənin iş rejimini pozmuşdur. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 eyniməzmunlu izahat vermişlər. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2022ci il tarixdə, Gədəbəy rayonunun Böyük Qaramurad kəndində polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan X2 Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İşdə olan inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə, saat 20:57-də tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1 və 33.1.7-ci maddələrinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin və zərərçəkmiş şəxslərin izahatlarını, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2022-ci il tarixdə sərxoş vəziyyətdə polis əməkdaşlarını söymüşdür. Bundan sonra onu Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişlər. O, sərxoş vəziyyətdə nalayiq hərəkətləri davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nalayiq söyüşlərlə söymüş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun bu əməlləri sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-i maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 14 iyun 2022-ci il tarixdən, saat 2057-dən hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar