Məhkəmə qərarları › İş №3(042)-17/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-17/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-17/2023 24.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 və Gədəbəy rayon prokurorunun köməkçisi və etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin inzibati tənbehin verilməsi haqqında 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilən X11 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X15 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X15 Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X15 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəis müavini X16 xx.xx.2022-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin, xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 4000 manat məbləğində cərimə tənbeh növü tətbiq etmişdir. O, həmin qərardan narazıdır və hesab edir ki, qərar İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş, bu səbəbdən qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən inzibati tənbeh vermə haqqında qərarın "müəyyən edildi” hissəsində göstərilmişdir ki, X15 tərəfindən X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin qərardan görünür ki, qərar qəbul edilərkən 11 noyabr 2022-ci il tarixdə tərtib edilmiş qərara istinad edilmişdir. Lakin həmin qərarın nədən ibarət olduğu, qərarla nə müəyyən edildiyi məlum deyildir. Həmin qərarın surəti ona rəsmi qaydada təqdim edilməmiş, poçt ünvanına göndərilməmişdir. Əgər onun barəsində inzibati tənbeh vermə haqqında qərar 11 noyabr 2022-ci il tarixli “naməlum” qərara istinad edilməklə qəbul edilmişdirsə belə, həmin qərar İXM-in 103-cü maddəsinin tələbinə əsasən tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi. Lakin inzibati tənbeh vermə haqqında qərarda görünür ki, həmin “naməlum” qərar 11 noyabr 2022-ci il tarixdə qəbul edilmiş, inzibati tənbeh vermə haqqında qərarın özü isə ondan 1 ay 11 gün sonra, yəni 21 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir. Bununla da İXM-in 103-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın onun tərəfindən törədilməsi qeyrimümkündür. Ona görə "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin X6 rəisi olaraq onun işçiləri işə qəbul etmək və işdən azad etmək səlahiyyəti yoxdur. Belə olan halda İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti kimi çıxış edə bilməz. Digər tərəfdən X9 "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin X6 əməkdaşı olmamış, onunla “Azərişıq’' ASC arasında hər hansı əmək müqaviləsi bağlanmamış, ona hər hansı əmək funksiyasının yerinə yetirilməsi tapşırılmamış, adı X6 işçiləri siyahısında qeyd edilməmişdir. Belə olan halda, yəni X2 "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin Gədəbəv Elektrik Şəbəkəsinin işçisi olmadığı halda onunla hansı əmək müqaviləsi bağlana bilərdi və belə bir müqavilə qüvvəyə minmədən X9 necə işlərin yerinə yetirilməsinə cəlb oluna bilərdi? Qeyd olunanlara əsasən hesab edir ki, "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin X6 rəisi vəzifəsini icra etdiyi müddətdə vətəndaş X4 münasibətdə onun əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamış, o cümlədən onun işə qəbul etmə və işdən azad etmə səlahiyyəti olmadığına görə həmin inzibati xəta tərkibinin subyekti kimi ümumiyyətlə çıxış edə bilməzdi. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək bildirdi ki, X15 "xxxx" ASC-nin X18 Təchizatı və Satışı İdarəsinin X6 rəisi vəzifəsində işləmişdir. Gədəbəy rayon prokurorluğunun 11 noyabr 2022-ci il tarixli qərarına əsasən X15 tərəfindən X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə X15 İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Odur ki, şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Gədəbəy rayon prokurorunun köməkçisi və etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayonu, Çalburun kənd sakini X9 Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək X6 rəisi X15 və həmin idarənin satış şöbəsinin müdiri X7 ondan işə qəbul edilməsi müqabilində 2500 manat rüşvət alması və 8 ay qanunsuz olaraq əməyə cəlb etməsini bildirmişdir. X6 rəisi X15 və həmin idarənin satış şöbəsinin müdiri X7 X1 işə qəbul edilməsi müqabilində 2500 manat rüşvət alması faktı öz təsdiqini tapmadığından, eləcə də cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 113 C-22 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi qərara alınmış və X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi haqqında müvafiq qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilməsi qərara alınmışdır. X15 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərar Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinə göndərilmiş, X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinə 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X15 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət və toplanmış materialları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X15 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı Gədəbəy rayon prokurorluğunun 11 noyabr 2022-ci il tarixli qərar əsasında qəbul edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək Gədəbəy rayon prokurorluğundan material əldə edilmiş və materiala baxış zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Çalburun kənd sakini X9 Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək X6 rəisi X15 və həmin idarənin satış şöbəsinin müdiri X7 ondan işə qəbul edilməsi müqabilində 2500 manat rüşvət alması və 8 ay qanunsuz olaraq əməyə cəlb etməsini bildirmişdir. X6 rəisi X15 və həmin idarənin satış şöbəsinin müdiri X7 X1 işə qəbul edilməsi müqabilində 2500 manat rüşvət alması faktı öz təsdiqini tapmadığından, eləcə də cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 113 C-22 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi qərara alınmış və X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi haqqında müvafiq qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə, X15 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, qərardan şikayət vermiş şəxs X11 əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın subyektləri inzibati məsuliyyətə cəlb etməyə imkan verən yaş həddinə çatmış fiziki şəxslər, eləcə də vəzifəli şəxslər və hüquqi şəxslər ola bilər. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarından məlum olur ki, X15 vəzifəli şəxs hesab olunmaqla Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən, 4000 manat məbləğində cərimə edilmişdir. Ona görə də, məhkəmə X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərkən işəgötürən şəxs olub-olmaması məsələsinin aydınlaşdırmasını zəruri hesab edir və aşağıdakıları qeyd edir; Məhkəmə qeyd edir ki, “Rayon Elektrik Şəbəkəsinin rəisi”nin vəzifə təlimatında işçilərin işə qəbul və işdən azad etmək kimi səlahiyyətinin olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət yaranır. Həmin maddənin sanksiyasında üç subyektə görə; fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər görə məsuliyyət müəyyən edilir. Qeyd olunan maddənin mənasına görə isə işəgötürmək səlahiyyəti olmayan şəxslər, fiziki şəxs olaraq məsuliyyətə cəlb edilməlidir. Belə olan halda, X11 işçini işə götürmə səlahiyyəti olmadığından onun işə götürən kimi vəzifəli şəxs hesab edilərək İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibati qaydada cərimə edilə bilməz. Gədəbəy rayon prokurorluğunun 11 noyabr 2022-ci il tarixli qərarına əsasən isə X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmişdir və həmin qərar hazırda qüvvədədir. Eləcə də, “Rayon Elektrik Şəbəkəsinin rəisi”nin təlimatına əsasən X11 işçini işə götürmək səlahiyyəti olmasa da, onun işçilərin əmək intizamına nəzarət edilməsi səlahiyyəti olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, X15 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs kimi inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin inzibati tənbehin verilməsi haqqında 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilməli, inzibati xəta haqqında iş üzrə yeni qərar qəbul edilməli və X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs hesab edilməklə 1000 manat məbləğində cərimə edilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 115 və 130- 137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X11 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidmətinin Tovuz regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında 21 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilsin. X11 barəsində olan inzibati xəta haqqında iş üzrə yeni qərar qəbul edilsin. X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs hesab edilməklə 1000 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar