Məhkəmə qərarları › İş №3(042)-170/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-170/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-170/2024 21.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı X1 və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar 327.1, 332.1 və 333.3-cü maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı X5 tərəfindən, manevr etmə qaydalarının pozulmasına, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə Şəxs İXM-in 327.1, 332.1 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixdə İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati material İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 15 iyun 2024-cü il tarixdə toy məclisində olmuş və spirtli içi qəbil etmişdir. Həmin tarixdə əmisinə məxsus olan VAZ 21214 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili kənd yolundan içkili vəziyyətdə idarə edərkən avtomobili daşa vurmuş və nəticədə avtomobilə ziyan dəymişdir. Hadisə zamanı avtomobildə əmisi X6 və bir nəfər qadın olmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı X5 məhkəmə iclasında bildirdi ki, baş vermiş nəqliyyat hadisəsi barədə məlumat daxil olmuş və onlar hadisə yerinə getmişlər. Hadisə yerində olan zaman nəqliyyat vasitəsinin sahibi orada olmamışdır. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ –etibarnaməsi olmamışdır. Avtomobilin sahibi Şəxs avtomobili içkili vəziyyətdə idarə etmiş, etibarnaməsi olmamış, idarə edərkən manevr etmə qaydalarını pozmuş və nəticə də, avtomobili yol kənarında olan daşa vurmuşdur. Nəticədə avomobilə ziyan dəymişdir. VAZ 21214 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs əmisi X3 məxsus olmuşdur. Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun qardaşının oğludur. “VAZ 21214” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə toyda olmuşlar, Şəxs az miqdarda içkili olmuş, o, kənd arası, torpaq yol olduğuna görə avtomobili E.Kərimova vermişdir. Onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Müdafiəçi Vəkil izahat verərək bildirdi ki, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh təyin edilməsini xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı X5 tərəfindən tərtib İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 327.1, 332.1 və 333.3-cü maddələri ilə (manevr etmə qaydalarının pozulmasına, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan 19 iyun 2024-cü il tarixli ziyan aktından görünür ki, “VAZ 21214” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4550 manat ziyan dəymişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələri maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- inzibati məsulliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsulliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsulliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “VAZ 21214” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən manevr etmə qaydalarını pozulmuş, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmiş və nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına vurmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulan əməli törətmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar 327.1, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.1, 332.1 və 333.3-cü maddələri təqsirli bilinib, törətdiyi inzibati xətalardan daha ciddisi olan, İXM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin Tovuz rayonlararası Qeydiyyat İmtahan və X7 və Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar