Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-171/2022 28.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 262.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M ü ə y y ə n e t d i: Xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması məqsədilə İdarənin əməkdaşları tərəfindən növbəti reyd keçirilərkən Novosaratovka çayının sahilində çay fondu ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunmuş, araşdırma zamanı qazıntının Bakı şəhər sakini Şəxs tərəfindən mülkiyyətində olan torpaq sahəsinin yaxınlığında yerləşən çay fondu ərazisində heç bir icazə sənədi alınmadan özbaşına balıqçılıq gölü yaradılması məqsədilə aparıldığı müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs İXM-in 262.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 27 may 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43.1-ci maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmiş Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə barəsində icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan 27 may 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Gədəbəy rayonunun Novosaratovka çayının sağ sahilində öz başına tutması aşkar edilmişdir. İnzibati xəta üzrə iş materiallarında olan 27 may 2022-ci il tarixdə tərtib edilmiş, 68651 nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Gədəbəy rayonu, Novosaratovka kəndində reyd keçirilən zaman Şəxs tərəfindən Novosaratovka çayının sahilində çay fondu ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı müəyyən edilmiş, bu barədə Şəxs tərəfindən Gədəbəy rayonu, Novosaratovka Bələdiyyəsinə və Gədəbəy rayon İcra Hakimiyyətinə müraciət edilmiş, lakin, Əliyev X1 çayına özbaşına müdaxilə etmişdir. İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 22 saylı arayışın surətindən görünür ki, Bakı şəhəri sakinin Şəxs bələdiyyə mülkiyyəti ilə sərhəddə torpaq sahəsi mövcuddur. Halhazırda ərazi üzrə Gədəbəy rayon İcra Hakimiyyətinə və digər müvafiq orqanlara çay yatağında balıqçılıq təsərrüfatı yaradılmaq üçün müraciət etmişdir. Sözü gedən ərazi çay fonduna aiddir. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilərkən Novosaratovka çayının sahilində çay fondu ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunmuş, araşdırma zamanı qazıntının Bakı şəhər sakini Şəxs tərəfindən mülkiyyətində olan torpaq sahəsinin yaxınlığında yerləşən çay fondu ərazisində heç bir icazə sənədi alınmadan özbaşına balıqçılıq gölü yaradılması məqsədilə aparıldığı müəyyən edilmişdir. Bu barədə Şəxs tərəfindən Gədəbəy rayonu, Novosaratovka Bələdiyyəsinə və Gədəbəy rayon İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, bununla əlaqədar hər hansı icazəsinin olması aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 262.1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1 və 262.1.2-ci maddələrinə əsasən, Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərinin özbaşına tutulmasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 262.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə təqsirli bilinib cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-171/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-171/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver