Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-171/2023 15.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil və zərərçəkmiş şəxs X2 və X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy şəhəri 20 Yanvar küçəsində yerləşən mağazada və Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onun himayəsində iki azyaşlı övladı vardır. 13 may 2023-cü il tarixdə Gədəbəy şəhəri ərazində olan kafedə spirtli içi qəbul etmiş, həmin gün saat təxminən 17 radələrində içkili vəziyyətdə yaşadığı evə gəlmişdir. Bu zaman arvadı ilə aralarında mübahisə baş vermiş və anası polisə bu barədə məlumat vermişdir. Bundan sonra ora polis əməkdaşları gəlmişdir. O, içkili vəziyyətdə olduğuna görə polis əməkdaşlarına müqavimət göstərmiş və polis şöbəsinə getmək istəməməşdir. İçkili vəziyyətdə olduğuna görə bu hərəkətləri etmişdir. Polis əməkdaşlarından üzr istəyir. Əməlindən peşmandır. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. Gədəbəy rayon Polis şöbəsinə gələrkən polis şöbəsinin yaxınlığında yerləşən mağazada Şəxs anası oğlunun yaşadıqları evdə səs-küy saldığını bildirmişdir. Onlar yaşadığı ünvanda Şəxs yaxınlaşaraq özlərini təqdim edib onu nizam-intizama dəvət edən zaman Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla mübahisə etməyə başlamış, nalayiq ifadələr işlədərək səs-küy salmış və bu hərəkətlərini təxminən 10-15 dəqiqə ərzində davam etdirmişdir. Onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə Növbətçi Hissəsinə təhvil verən zaman Şəxs RPŞ-nin inzibati binasında da uca səslə nalayiq ifadələr işlətmiş və şöbənin iş rejimini pozmaqla onların qanuni tələblərinə tabe olmamışdır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında digər zərərçəkmiş şəxs X4 ilə eyni məzmunlu izahat verdi. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 3 ünvanında yaşayır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin anasıdır. Oğlu 13 may 2023-cü il tarixdə içkili vəziyyətdə yaşadıqları evə gələrək səs-küy salmağa başlamış və arvadı ilə mübahisə etmişdir. O, oğlu Şəxs sakitləşdirə bilməmiş və məcbur olub polis əməkdaşlarına məlumat vermişdir. Oğlu Şəxs içki içdikdən sonra özünü idarə edə bilmir. Oğlunu müalicə alması üçün həkimə aparacaqdır. Şəxs polis əməkdaşlarını vurmamış və onlara müqavimət göstərməmiş, eləcə də arvadını vurmamışdır. Ona görə də, Şəxs cərimə edilməsini istəyir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X8 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy şəhəri 20 Yanvar küçəsində yerləşən mağazada və Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs 13 may 2023-cü il tarixdə, saat 17:02 radələrində sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy şəhəri 20 Yanvar küçəsində yerləşən mağazada və Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən xırda xuliqanlıq hərəkətləri törətmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatı, şahid ifadəsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etirafedici izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-171/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-171/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver